Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Mən vəkil işləyirəm. İnsanların hüquqlarını müdafiə edirəm. Bəzən qarşı tərəf mənim vəkili olduğum şəxsə borclu olur. Biz məhkəməni qazandıqdan sonra məhkəmə qarşı tərəfdən bu borcun ödənməsinə məcbur edir. Bəzən qarşı tərəf bu borcu ödəyə bilmir, bəzəndə məhkəmə qarşı tərəfin həbsə getməsi ilə yekunlaşır. Mənim vəkil olaraq burada bir günahım varmı?
Cavab: Allahın adı ilə, Əgər sənin işin məzlumun haqqını müdafiə etməkdirsə, və qarşı tərəf borclu olduğu təqdirdə bu borcu ödəməyə imkanı olduğu halda bu haqqı yerinə yetirmirsə, bu halda sənin işin düzgündür. Məzlumu müdafiə etməyin caizdir, əksinə vacibdir. Bu barədə məhkəmə çərçivəsindən xaric müxtəlif yollarla mərifət əldə edə bilərsən. Əgər sənin üçün bu haqq sabit olmayıbsa, qarşı tərəfi məcbur etmək caiz deyil. Əksinə iki tərəf arasında sülh yaratmalısan. Sülh hər bir halda daha xeyrli olanıdır. Bil ki, ey oğul, Allah (c.c) borclunun borcuna vəfa etməsinə aciz olduqda onu məcbur etməyi haram edib. Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra