Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Əgər ələmə təqlid etmək vacibdirsə ələmiyyətin ölçü vahidi fiqh və ya üsul və yaxud rical elmidir? Və ictihad icazəsi ictihadı sabit və ya inkar etməkdə ölçü vahidi, meyar ola bilər?
Cavab: Allahın adı ilə, Ələmiyyət fiqh elmində şərtdir, və dəfələrlə bəyan etmişik ki, həqiqətən bir şəxsin icazəsi və ya ictihada şahid olmaq nə ictihad nədəki ələmiyyətdə şərt deyil, lakin alimlər ictihada şahidliyi ələ gətirmək üçün çox çalışırlar ya özlərinə arxayın olmaq üçün və yaxud alimlərin onların ictihadına şahid olmaları ilə təbərrük edirlər. Allah hidayət edəndir.
Sual: Bir zaman təqlid etdiyim müctehidi dəyişmək caizdir?
Cavab: Allahın adı ilə, Əgər müctehidliyin bütün şərtləri olduğu halda sənin təqlid etdiyin müctehiddən başqası ələmdirsə sənə başqasına keçmək vacibdir. Allah daha yaxşı biləndir.
Sual: Müctəhidin işkal dediyi bir məsələ də başqa bir müctəhidə təqlid etməyim icazəlidir?
Cavab: Allahın adı ilə, Ələm və diri müctəhidə təqlid vacibdir. Başqasının fətvasına əməl etmək caiz deyildir. Allah hidayət edən və alimdir.
Sual: Fəqihin müctəhiddən ictihad şəhadətnaməsi olması vacibdir. İctihad şəhadətnaməsi olmayan şəxsə təqlid etmək caiz deyil. Bu söz düzgünmüdür?
Cavab: Allahın adı ilə, Bu sözü deyən şəxslərdən soruşmaq lazımdır ki, Şeyx Mufidin və Şeyx Səduqun və Şeyx Tusinin və Kuleynin kimdən ictihad şəhadətnaməsi vardır. Ey oğul, ictihadın mənası barədə və şərtləri və alimlərin elmi bəhsləri barədə düşün. Allah hidayət edəndir.
Sual: Əgər mükəlləf müctəhidlərin barəsində araşdırma apararaq, ələmin bir neçə olduğuna yetişərsə misal olaraq deyək 2 nəfər olduğuna yetişərsə və həmin o, 2 nəfər elmdə bərabər olarlarsa, və fətvalarında ixtilafları olarsa, bu hal da hansı digərində önə keçirilib təqlid olunmalıdır?
Cavab: Allahın adı ilə, Ey oğul bil ki, sənin dediyin hal çox nadir görülən bir haldır, əksinə bu dediyin bu günümüzdə mövcud deyil. Əgər desək ki, bu cür hal olarsa, mükəlləf istədiyi müctəhidi götürüb təqlid edə bilər.
Sual: Əhli xibrədən kimlər, Şeyx Bəşirin ələmliyi barədə şəhadət vermişdir, mümkündürsə onların adını zikr edərdiz?
Cavab: Allahın adı ilə, Kim şəhadət verib və verir onun yolu barədə deyildi. Onların adının şəri cəhətdən adlarının çəkilməsinə ehtiyac yoxdur. Ey oğlum bunu araşdırmaq sənin vəzifəndir, mənim vəzifəm deyil.
Sual: Hal hazırda ələm kimdir?
Cavab: Allahın adı ilə, Ələm müctəhidə təqlidin vacib olması fətvası verən və mərcəiyyət məqamına yüksələn kəs özünü ələm bilir. Bu müctəhidin vəzifəsidir. Amma müqəllidə vacibdir ki, cəfəri fiqhinin şəri göstərişlərinə tabe olaraq ələmi araşdırıb tapsın.
Əvvəl
1
Sonra