Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Əgər bir müctəhid dünyasını dəyişərsə və o, yaşayan müctəhidlərdən daha ələm (elmli) olarsa, onda sağ olsaydı ona təqlid vacib olardı. Ancaq əgər diri müctəhid dünyasını dəyişmiş müctəhiddən daha ələm olarsa, ona təqlid etmək istisnasız olaraq vacibdir. Əgər yaşayan müctəhid və vəfat etmiş müctəhid elmdə bərabər səviyyədədirlərsə, bu halda mükəlləf necə davranmalıdır?
Cavab: Allahın adı ilə. Oğlum bil ki, dünyasını dəyişmiş müctəhidin təqlidində qalmaq və ya davam etmək, hətta həmin müctəhid diri müctəhiddən ələm olsa belə caiz deyil. Allah daha yaxşı biləndir.
Sual:Əgər bir mükəlləf bir müctəhidə təqlid etsə və həmin müctəhid vəfat etdikdən sonra diri olan digər bir ələm müctəhidə təqlid etsə, bu diri müctəhid əvvəlki müctəhidin təqlidinin davam etdirilməsini caiz və ya vacib hesab etsə və mükəlləf də ona təqlid edərək əvvəlki müctəhidin təqlidini davam etdirərsə, lakin daha sonra mükəlləf ölü müctəhidə təqlidin caiz olduğunu deyən başqa bir müctəhidə təqlid edərsə, bu halda onun əvvəlki təqlidinə qayıtması və ya təqlidində qalması, yalnız diri müctəhidə təqlid etmək vacibdir hökmü istisna olmaqla, digər məsələlərdə mümkün hesab olunurmu?
Cavab: Allahın adı ilə. Sualın fərzində diri müctəhidin təqlidində qalması lazımdır. Bil ki, mənim nəzərimə əsasən ölü müctəhidin təqlidində qalmaq və ya davam etmək caiz deyildir.
Sual: Meyitə təqlid caizdirmi?
Cavab: Allahın adı ilə. Nə ibtidadan meyitə təqlid etmək nə də meyitin təqlidində qalmaq caiz deyil.
Əvvəl
1
Sonra