Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Qanunlarla müxalifətçilik etməkdə başqa müctehidə rucu etmək caizdir?
Cavab: Allahın adı ilə: Əgər mükəlləf ələm müctehidə təqlid etsə ondan başqasına rucu etmək caiz deyil yalnız ikincinin ələm olduğunu bildikdən sonra olar. Allah alimdir.
Sual: Sizin nəzərinizə təqlidi bölmək caizdir yəni bir müqəllid bəzi hökümlərdə bir müctehidə və qalan hökmülərdə başqa müctehidə təqlid edə bilər?
Cavab: Allahın adı ilə, Ələm şəxsə təqlid etmək vacibdir fərz edək ki, bir müctehid fiqhin bəzi məsələlərində ələmdir və başqası qalan məsələlərində ələmdir baxmayaraqki bu özü-özlüyündə mümkündür lakin o uzaq və çətindir necəki bunu istinbat əhli bilir. Allah hidayət edən və biləndir.
Sual: Təqliddə təbiz (bəzi məsələlərdə bir müctəhidə, bəzilərində isə başqa müctəhidə təqlid etmək) caizdirmi?
Cavab: Allahın adı ilə. Ələmə təqlid etmək vacibdir və ələm yalnız bir nəfər olur. Lakin əgər fəqihlərdən biri müəyyən bir fiqhi mövzuda, digəri isə başqa bir mövzuda ələm olarsa, həmin sahələrdə onların fətvasına əməl edilməlidir. Ancaq bunu dəqiqləşdirmək çox çətindir və bəlkə də belə bir vəziyyət ümumiyyətlə mövcud deyil. Allah daha yaxşı biləndir.
Sual: Təqliddə təbiz (bəzi məsələlərdə bir müctəhidə, bəzilərində isə başqa müctəhidə təqlid etmək) üçün ələmiyyət şərtdir? Ayətullah Yusuf Sani, Ayətullah Şəmsəddin Vaizi, Ayətullah İbrahim Cənnatiyə ixtilaflı məsələlərdə təqlid etmək caizmidir?
Cavab: Allahın adı ilə. Ələmə təqlid etmək vacibdir və ələm adətən yalnız bir nəfər olur. Əgər fəqihlərdən biri fiqhin müəyyən bir mövzusunda, digəri isə başqa bir sahədə ələm olsa, hər birinə öz ələm olduğu sahədə təqlid edilməlidir. Lakin bu cür vəziyyəti müəyyən etmək çox çətindir və bəlkə də belə bir hal mövcud deyil. Buna baxmayaraq, mükəlləfin vəzifəsi ələm olan fəqihi axtarıb tapmaqdır. Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra