Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Ayətullah Şeyx Bəşir Nəcəfinin Quranın nə qədərini əzbərlədiyini bilmək istəyirəm. O, Quranın tamamını əzbərləyib, yoxsa yalnız bir hissəsini?
Cavab: Allahın adı ilə. Şeyx Bəşir Nəcəfi Qurani-Kərimin tamamına hafizdir. Quranın hifzi gündəlik quran oxumağa bağlıdır. Şeyx gündəlik Quranın 6/1-ni qiraət edir.
Sual: Şeyx Bəşir Nəcəfi ustadı Seyid Xoi (r) barədə nə deyə bilər?
Cavab: Allahın adı ilə. Seyidin dərslərində iştirak edənlərin qəlbində seyid üçün dərin məhəbbət vardır. Yaxşı ustadlığı, dərs deməkdə məharəti, təqvası və nəfsinin dilinin və qəlbinin paklığı və bütün varlığı gələcək nəsillər üçün bir məktəbdir.
Sual: Bəziləri müəyyən hallarda müctəhidlərə qarşı cürət edib nalayiq ifadələr istifadə edirlər. Sonradan peşman olub Allaha tövbə edib İmam Zamandan (ə.f) üzrxahlıq ediblər. Məlumdur ki, mərcəiyyət məqamı, İmam Zamana (ə.f) kömək etməkdir. İndi onlar, həmin alimlərdən halallıq istəyirlər, lakin xəcalətdən onlara yaxınlaşıb iqrar edə bilmirlər. Onlara tövsiyəniz nədir?
Cavab: Allahın adı ilə. Əgər tövbə ediblərsə, Allah onların tövbəsini qəbul edər. Əgər mənim özümə qalanda, mən Əli ibn Əbu Taliblə (ə.s) əhd bağlamışam ki, nə dünyada, nə də axirətdə 12 imam şiəsi olanlardan hesab soruşmayım. Mənə dil və əl və qələmi ilə cürət edənlərə dua edirəm, onlar üçün bağışlanma istəyirəm.
Əvvəl
1
Sonra