Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Bəzi şiələr deyirlər ki, Şəairul hüseyniyyə də təqlid vacib deyil. Bu belədirmi?
Cavab: Allahın adı ilə, Təqlid hər bir vacib, müstəhəb, mübah, məkruh, haram işlər də vacibdir. Şəairul hüseyniyyə yuxarıda ki, 5 şəri hökmdən xaricdir ki? Allah hidayət edən və daha yaxşı biləndir.
Sual: Həddi buluğa çatmayan müməyyiz uşağın təqlid etməsi səhihdir?
Cavab: Allahın adı ilə. Namaz və s. ibadətlər səhih olduğu kimi təqlidi də səhihdir. Allah daha yaxşı biləndir.
Sual: Əgər doğru danışan bir kəs müctəhidin fətvasını xəbər verərsə və başqa bir doğru danışan da həmin müctəhidin bu məsələdə fətvasını başqa cür olduğunu deyərsə və birinci şəxsin dediyi fətva ilə müxalif olarsa, müqəllid bu halda nə etməlidir?
Cavab: Allahın adı ilə. Vacibdir ki, Müctəhidlə əlaqə yaradıb həqiqəti öyrənsin. Allah daha yaxşı biləndir.
Sual:Təqlid etdiyim müctəhidə yalnız fiqhi məsələlərdə yoxsa bütün məsələlərdə təqlid etməyim vacibdir?
Cavab: Allahın adı ilə. Fiqhi məsələlərdə təqlid etmək vacibdir. Lakin əqidə məsələlərində, eləcə də İslam və şiəliklə bağlı əsas inancları dəlillərlə qəbul etmək zəruridir. Necə ki, ayın göründüyünü təsdiqləməkdə və ya bir malın kimə məxsus olduğunu müəyyənləşdirməkdə açıq sübutlara əsaslanılır, burada da belə yanaşma tələb olunur. Allah daha yaxşı biləndir.
Sual: Mütləq bir müctəhidə təqlid etməyim vacibdir, yoxsa özümə təqlid edə bilərəm?
Cavab: Allahın adı ilə. Əgər ictihad sahibisənsə, başqa birinə təqlid etmək sənə caiz deyil. Lakin əgər müctəhidlik dərəcəsinə çatmamısansa və hər bir məsələnin şəriət qaydalarını bilirsənsə, ehtiyata əməl etməli və ya diri olan ələm müctəhidə təqlid etməlisən. İctihadın mənasını öyrənmək istəyirsənsə, bil ki, bunun üçün 10 elmə yiyələnməlisən. Daha geniş məlumat üçün "Tənqih" və oxşar əsərləri mütaliə edə bilərsən. Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra