Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: İctihad nədir? Orada ictihad üçün tələb olunan müəyyən şəhadət vardır? Əgər şəhadətə ehtiyac vardırsa onu haradan əldə edə bilərik?
Cavab: Allahın adı ilə, Əgər bu haqda elmi axtarış aparmaq istəyirsənsə bu mövzuda bizim axtarışlarımıza və ya ustadımız Seyid Əbul Qasim əl-Xoinin Tənqih ünvanı ilə çap olmuş tədqiqinə müraciət et. Amma əgər ictihadı icmalı bilmək istəyirsənsə o şəri hökmləri məsdərlərdən əldə etmək üçün bir gücdür və insana özünə yüzdə-yüz arxayın olmadan özünü müctehid hesab etməsin daha yaxşısı ona fəqihlərdən biri şahidlik etsin oda yalnız özü üçün arxayınlıq gəlməsi üçündür. Allah hidayət edən və biləndir.
Sual: İctihad rütbəsinə çatmaq üçün ərəb dilinə və dilin müxtəlif sahələrinə hakim olmağa nə ehtiyac var? Müctəhidin ictihadı nə ilə ölçülür?
Cavab: Allahın adı ilə. Bilki ey oğul, müctəhidin müctəhid olması üçün onun şəri hökmləri istinbat etməsi üçün ədəbi və əqli elmlərə sahib olması lazımdır. Əgər bu elmlərə hakim olmasa həqiqətdə o, müctəhid sayılmaz. Məsələn, qarşısına bir dəlil çıxarsa, o, dəlildə olan faili məfulu, sərf qaydalarını, bəlağəti və s. bilməlidir.
Sual: Mükəlləf edə bilər ki, dini məsələləri bir neçə müctəhiddən götürsün? Bunun dəlili nədir?
Cavab: Allahın adı ilə. Diri müctəhidlərdən ələm olanına təqlid etmək vacibdir. Ələm də yalnız 1 nəfər olar. Lakin desək ki, fəqihlərdən biri başqalarından bir fiqhin müəyyən mövzusunda ələm olarsa, və digəri başqa bir qismdə ələm olarsa, onun ələm olduğu yerlərdə ona təqlid olunacaq. Bunu isə axtarıb tapmaq çox çətindir bəlkə bu cür hal mövcud deyil. Mükəlləfin vəzifəsi budur ki, ələmi axtarıb tapsın.
Əvvəl
1
Sonra