Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual:Qadın ərinin onunla yaxınlıq etdikdən sonra – qüslə başlamazdan əvvəl - ondan maye çıxdığına əmin olsun deyə müəyyən müddət gözləməlidirmi? Əgər qüsl etdikdən sonra ərinin sperması olduğunu güman etdiyi və ya etiqad etdiyi maye çıxsa, yenidən qüsl etməlidirmi?
Cavab:Allahın adı ilə. Əgər ondan çıxan mayenin ərinin sperması olduğuna etiqad edirsə, o zaman yalnız həmin yeri yumalıdır. Və cənabət qüslunu təzələmək vacib deyil. Allah daha yaxşı biləndir.
Sual: Tərtibi qüslü oturan halda almaq icazəlidir?
Cavab: Allahın adı ilə, Bilinən və tələb olunan qaydada bədənin bütün hissələrinə suyu çatdırmaq imkanı ilə icazəlidir. Allah alimdir.
Sual: İdrar edərkən və ya sonra qeyri ixtiyari şəhvət olmadan cinsiyyət orqanından spermaya oxşar süd rənginə bənzər axıcı maddə gələ. Əgər şəxs bunu saxlamaqdan əziyyət çəkirsə və buna çox vaxt tualetdən istifadə edərkən rast gəlinir. Bu nəcisdir və ona spermanın hökmü cari olur? Hər zaman buna rast gələndə kişi həmişə qüsl etməlidir. Siz cənablardan xüsusi ilə bunun şəri hökmünü geniş şəkildə şərh etmənizi xahiş edirəm?
Cavab: Allahın adı ilə, Fərz olunan sualda mükəlləfə istibra (şəri yolla paklamaq) etmək lazımdır və əgər istibradan sonra qeyd olunan rütubət gəlsə və bilinməsə o spermadır ona cənabətin hökmü aid olmaz və əgər bilinsəki o spermadır (və buda uzaqdır) çünki sperma adətən normal kişidən şəhvətsiz gəlməz ona cənabət qüslün və ya qüsldən əvəz düzgün olan yerlərdə təyəmmümün hökmlərini icra etmək vacibdir, Bəli əgər kişi xəstə olsa və onun prostatında və ya kanalda zəiflik olsa çünki ola bilər sperma ondan şəhvətsiz çıxsın və onu mütəxəssis həkim yoxlasın. Allah hidayət edən və biləndir.
Sual: Vacibatın vaxtı daxil olmadan cənabət qüslü edərkən, mənə vacib olan cənabət qüslün edirəm bu cür niyyət edə bilərəm yoxsa gərək müstəhəb qüslü olaraq qəsd etməliyəm?
Cavab: Allahın adı ilə, Mənim nəzərimdə onu hər iki niyyətlə etmək caizdir. Allah daha yaxşı biləndir.
Sual: Tərtibi qüsldə, cüzlərin arasında fasilə yaratmaq üçün su əgər müttəsil və ya qətrə-qətrə gəlsə bədəni tuşun altından çıxartmaq vacibdir, yoxsa hər nə cür su gəlsə istər müttəsil və ya qətrə-qətrə gəlsə bədəni çıxartmaq vacibdir?
Cavab: Allahın adı ilə, Gərək ikinci üzvü yumaq birinci üzvü yumaqdan seçilsin, tərtibin həyata keçməsində isə ikinci üzvü yumağa niyyət etməmişdən öncə suyun birinci üzvün bütün cüzlərinə yetişməsi kifayətdir. Allah alimdir.
Sual: Cənabət üçün tərtibi qüslü edərkən baş və boynu yuduqdan sonra bədəni yumaq üçün duşun aldından çıxmaq vacibdir?
Cavab: Allahın adı ilə, Qüsl zamanı duşun altından kənara çıxmaq insanı şübhədən uzaqlaşdırır. Əgər insan baş və boynu yuduqdan sonra su sağ tərəfə tökülərkən niyyət etməsi və suyun sağ tərəfə qüsl niyyəti ilə axması kifayətdir və eləcədə sol tərəfə axması kifayətdir. Duşun altından çıxmağ vacib deyil. Allah daha yaxşı biləndir.
Sual: Mən vəsvəsə ucbatından mühtəlim olduğuma və boynuma cənabət qüslü gəldiyinə şəkk edirəm. Bunun hökmü nədir?
Cavab: Allahın adı ilə, Cənabət də ehtilam məninin çıxmağı ilə baş tutur. Əgər bu şey baş verməyibsə cənabətli hesab olunmaz. Vəsvəsəyə isə etina etməməlidir. Allah daha yaxşı biləndir.
Sual: Qüsl almamışdan öncə dırnağımda xırda bir şey tapdım. Onun suyun bədənə çatmasına maneə olub olmadığımı bilmirəm. Daha sonra qüsl etdim. Qüsldan sonra həmin o, yerə suyun çatıb çatmaması barədə şəkk etdim. Qüslumun düz olub olmaması barədə şəkk etdim. Həmin miqdarı yumağım kifayətdir? yoxsa təzədən qüsl almalıyam?
Cavab: Allahın adı ilə, Bədənin hər bir yerinə suyun çatması barədə yəqinlik hasil etmək vacibdir. Sual da qeyd olunan kimi, bədənə suyun çatması barədə şəkk etməyiniz qüslün səhih olmasına hökm verilməz. Əgər aldığınız qüsl tərtibi qüsldürsə, və həmin şəkk etdiyiniz yer bədənin sağ tərəfindədirsə, o, hissəni yuyacaqsınız. Daha sonra bədənin sol tərəfini yuyacaqsız. Əgər şəkk etdiyiniz yer bədənin sol hissəsindədirsə, təkcə şəkk etdiyiniz yeri yumağınız kifayət edir. Əgər şəkk etdiyiniz yer başdadırsa, o, yeri yuduqdan sonra bədənin sağ və daha sonra sol tərəfini yumalısız. Amma aldığınız qüsl irtimasi qüsldursa, şəkk etdiyiniz yeri yumağınız kifayət edir. Qüslu təzələmək vacib deyildir. Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra