Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Mənim üçün nifas qüslünü geniş şəkildə şərh etməyinizi istərdim?
Cavab: Allahın adı ilə, Vacibi qüsllər cənabət, heyz, nifas, meyyit qüslü və istihazə qüslü əgər mütəvəssit və ya kəsir olsa, bizim izahlı şəriət məsələləri kitabımızda geniş şəkildə qeyd olunub. Amma qüsl etməyin qaydası, Əgər sənin qarşında çox su olsa niyyət etdikdən sonra özünü suya atıb cismin hamısını suya batıraraq irtimasi qüsl etmək mümkündür, bu halda gərək su bir vaxtda sənin cisminin hər bir yerinə yetişməsi vacibdir, Amma irtimasi qüsldən başqasında, cismindəki nəcasəti təmizlədikdən sonra başını boyunla birlikdə sonra isə sağ tərəfi daha sonra sol tərəfi yuyacaqsan. Ehtiyata əsasən sağ və sol tərəfləri yuyanda onlara boynuda əlavə edəcəksən, və suyu cismin hər tərəfinə və hər bir yerinə lazım və təkid olana qədər çatdırmaq vacibdir. Geniş məlumat üçün bizim izahlı şəriət məsələləri kitabına müraciət et. Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra