Sual: Cənabət qüslündən əvəz təyəmmümlə dəstamazsız namaz qılmaq caizdir?
Cavab: Allahın adı ilə, Şərtlər tam olduqdan sonra cənabət qüslündən əvəz təyəmmümlə dəstamazsız qılınan namaz səhihdir. Lakin mükəlləf cənabətli olaraq qalır və haçan təyəmmümü caiz edən şeylər aradan getsə ona qüsl almaq lazımdır. Allah daha yaxşı biləndir.