Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Bir şəxs cümə günü sübh namazından sonra cənabət qüslü aldıqdan sonra ondan hədəs xaric olarsa və o şəxs, zəvaldan öncə cümə qüslü alarsa, bu qüsl dəstəmazı əvəz edərmi?
Cavab: Allahın adı ilə, Cənabət qüslündən başqa qüsllər dəstəmazı əvəz etmir. Allah daha yaxşı biləndir.
Sual: (Tövbə qüslu Hacət qüslu Ziyarət qüslu )bu qüsllər cənabət və cümə qüslü ilə fərq edir? Məsələn: cənabət qüslunda bilinən tərtibi qayda budur ki, başı və boynu yuduqdan sonra sağ tərəfin yarısın sonra isə sol tərəf yuyulur. Bu qüsllərdə (tövbə, hacət və ziyarət qüslü) bu cürdü yoxsa fərq edir, bu üç qüsllərın (tövbə, hacət və ziyarət qüslü) qüsl etmək qaydası necədir? Bu qüsllərı haradan hansı kitabdan tapa bilərəm? Cümə qüslü cənabətsiz edilir, məlum olan budur ki, cümə qüslu müstəhəbdir və yaxud gərək şəxs cümə günü qüsl etmək üçün cənabətli olsun və ya cümə qüslü cənabətsiz də almaq olar?
Cavab: Allahın adı ilə, Cənabət, cümə və bunlardan başqa şəriyyətdə tələb olan qüsllərin bir yolu, qaydası vardır. Cümə qüslü cümə günü tələb olunur, cənabət qüslü cənabətə səbəb olduğu üçündür istər səbəblər cümə günü olsun istərsədə başqa gün. Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra