Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual:Ana bətnində olan uşağın ətrafını əhatə edən maye doğuş zamanı və ya ondan əvvəl qanla və ya qansız çıxdıqda pak olma hökmü nədir?
Cavab:Allahın adı ilə. Əgər onda qan yoxdursa, pakdır. Amma onda çox az miqdarda qan olsa belə, nəcisdir. Allah alimdir.
Sual:Dördüncü mütənəccis haqqında hökmünüz nədir, o, pakdır, yoxsa yox?
Cavab:Allahın adı ilə. Nəcis və ya nəcislənmiş bir şeyə rütubətlə bir şey toxunsa həmin şey nə qədər vasitə ilə olsa da, nəcisdir. Allah alimdir.
Sual: Namazda bağışlanmış (icazəli) yara və kəsiyə mübtəla olmuş şəxsə nəcasətin paltara dəyməsinin qarşısını almaq üçün çalışması vacibdir?
Cavab: Allahın adı ilə, İmkan daxilində qarşısını almaq vacibdir. Allah alimdir.
Sual: Tualetə yaşlıq düşsə və o yaşlıq kiçik olsa onun pak olmasına hökm verəcəyik, bunuda qeyd edimki, bəzi müsafirlər tualetdə ayaq üstə işiyirlər?
Cavab: Allahın adı ilə, Nə qədərki nəcis olmasını bilmirsən və ya imtinanın yoxdur o, pakdır. Allah alimdir.
Sual: Qeyri müsəlman Avropa ölkələrində hazırlanmış sabunın paklığına yoxsa nəcisliyinə hökm olunur?
Cavab: Allahın adı ilə, Əgər onda nəcis bir şeyin olmasını və ya kafirin ona rütubətlə toxunduğunu bilsən onun nəcisliyinə hökm olunacaq. Allah alimdir.
Sual: Zincir vurduqdan sonra bədəndə qan olduğu halda namaz qılmağımız caizdir?
Cavab: Allahın adı ilə, Bu qanlar Allahu təalaya yaxınlaşmağa görə və ya Əhli beyt (ə) və xüsusilə İmam Hüseyn (ə) üçün sevgisi üçün axıbsa onunla Allahu təalaya yaxınlaşırıq və Peyğəmbər Əzəmin (s) və pak Əhli beytinin (ə) şəfaətini qiyamət günü əldə etmək üçün vəsilə qərar veririk, və baş barmağın ucu (dirhəm bəğəli) miqdarından çox qan olsa o paltar və bədənlə namaz qılmamağ bizə əmr olunub, yalnız qan dayanmadan axa və onu dayandırmaq mümkün olmaya və namazın vaxtı darlaşa, bizə namazda Allahın əmrlərini yerinə yetirmək lazımdır necə ki, Əhli beyt (ə)-a məhəbbət və sevgini izhar etməyi yerinə yetiririk. Allah alimdir.
Sual: Dişi çəkdirdim və qan axır mənə namazı əvvəl vaxt qılmaq caizdir yoxsa namazın axır vaxtını gözləmək mənə vacibdir?
Cavab: Allahın adı ilə, Qanın kəsilməsini gözləmək vacibdir, Bəli əgər vaxt darlığı olsa nəcasətin yayılmamasına diqqət etməklə namaz qılmaq vacibdir. Allah alimdir.
Sual: Əlimdən qan çıxdı sonra eyni nəcis, aradan getdi, Namaz qılmaq üçün qanın yerini su ilə paklaşdırmaq vacibdir?
Cavab: Allahın adı ilə, Bəli paklaşdırmaq vacibdir. Allah alimdir.
Sual: Qabları kür suyu ilə pak edəndə bir neçə dəfə yumağa ehtiyac varmı?
Cavab: Allahın adı ilə, İzahlı şəriət məsələləri kitabında geniş şəkildə hər bir qabı yumaq barədə olan şərtləri qeyd etmişik. Onlara əməl etmək lazımdır. İt yalaması və ya başqa bir şeylə nəcis olan qabların hökmləri risalədə qeyd olunub. Allah daha yaxşı biləndir.
Sual: Uşaq hər hansı bir yerə sidik etsə, və bir kişi gəlib uşağın sidik etdiyi yerdə otursa, mənim ona xəbər etməyim lazımdır?
Cavab: Allahın adı ilə, Sənə vacib deyil. Lakin sənə bu yeri insanların oturması üçün tərk etməyin caiz deyil, bilərəkdən edilməsi caiz olmayan işlərə, səhvən o işləri görməyə vadar etməyəsən. Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra