Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual:Mükəlləfin gecə vaxtı sübh namazına oyanmaq üçün zəngli saatı qurması və ya başqa bir vasitəni hazırlaması vacibdir ya yox?
Cavab:Allahın adı ilə. Bəli, vacibdir. Allah daha yaxşı biləndir.
Sual: Zöhür və əsr, şam və işa namazlarında hansı daha fəzilətlidir, iki namazı cəm etmək və ya hər bir namazı öz vaxtında qılaraq ayrı qılmaq?
Cavab: Allahın adı ilə, Mənim nəzərimdə əgər əsr və ya işa namazını yalnız təxir etmək üçündürsə cəm etmək ayrı qılmaqdan daha fəzilətlidir, Bəli əgər namaz qılan şəxs onların arasını əsr və şam namazın nafilələri ilə fasilə yaradırsa o, cəm etməkdən daha fəzilətlidir. Allah daha yaxşı biləndir.
Sual: Namazı vaxtında qılmamaq Allahın qəzəbinə səbəb olar?
Cavab: Allahın adı ilə, Ey övladım bunda şəkk edirsən? Ehtimal verirsən ki, həqiqətən Allah bu işi görəndən razı olar? Bəzi hədislərin məzmununda namazı bilərəkdən tərk edən şəxsin kafir olması qeyd olunub, bunların hamısı bilərəkdən edən şəxs haqda gəlib. Allah hidayət edən və biləndir.
Sual: Gecə namazını məğrib namazından bir başa sonra qılmağım səhihdir?
Cavab: Allahın adı ilə, Əgər vaxtında qılmağa imkan edə bilmirsənsə onu gecənin yarısından əvvələ salmaq caizdir necə ki, onu sübh namazından sonra qəza etməkdə caizdir, qəza etmək gecənin yarısından əvvələ salmaqdan daha fəzilətlidir. Allah daha yaxşı biləndir.
Sual: Oruc tutan şəxsin gündüzü yatması, namazın əvvəl vaxtından qaçması sayılar? Bu cür qaçmalar günah sayılır?
Cavab: Allahın adı ilə, Bu namazın əvvəl vaxt qılınmasının fəzilətinin əldən çıxmasına səbəb olur. Və bu itki əvəz edilməzdir. Müsəlman gərək dindar insanların əxlaqı ilə rəftar edərək namazların vaxtına mültəzim olaraq namazı əvvəl vaxtda qılmağa tələssin. Allah hidayət edən və biləndir.
Sual: Şəxs zöhr namazını qıldıqdan sonra məğribin vaxtı daxil olmuşdur. Əsr namazını isə qılmamışdır. Bu halda təkcə əsr namazının qəzasını qılacaq? Həmçinin şam namazını qılan şəxs və gecənin yarısı daxil olana kimi xiftən namazını qılmayan şəxs, ancaq xiftən namazının qəzasını yerinə yetirəcək?
Cavab: Allahın adı ilə, Verilən sualın zahirinə əsasən əgər zöhr namazını əsr namazının məxsusi vaxtında və şam namazını xiftən namazının məxsusi vaxtında qılıbsa, zöhr və əsrin və şam və xiftən namazlarının qəzasını yerinə yetirəcək. Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra