Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Azan və iqamədə fəxr qəsdi etmək onları batil edir?
Cavab: Allahın adı ilə, Fəxr etməkdən nə qəsd edirsən? Əgər Allahın səni azan və iqamə oxumağla şərafətləndirdiyinə və imkan verdiyinə görə daxili (nəfsi) fəxr etməyi qəsd edirsənsə o zərər etməz. Allah alimdir.
Sual: Bəzi dostlarım deyirlər ki, (Əliyyun vəliyullah) cümləsi azanın bir cüzi deyil yalnız şiələrin uydurmasıdır, məsləhət verə bilərsiniz, və bu mövzuda nəzəriyyələr və İmamlar (ə)-dan hədislər var, və bu İmamlar (ə)-ın zamanında başlayıb?
Cavab: Allahın adı ilə, Bu şəhadət haqq inancın bir cüzi və həqiqi imanın və şiəliyin nişanəsidir, artıq sabit olub ki, bu şəhadəti (əməl baxımından) azan və iqaməyə daxil etməkdə qeyd olunan əsaslar eynidir, bu azanın şiə bölgələrində ucalmağı həmən yerlərin bir rəmzinə çevrilib, bu şəhadətə görə böyük savab vədələnmişdir, və buna görədə tarix boyu alimlər buna icazə verib hətta bunu tərk edən şəxs şiə ürfündə şiəlikdən xaric sayılır. Allah daha yaxşı biləndir.
Sual: Azan və iqamə arasında bu duanı oxuyuram (Rabbim sənə müti, itaətkar və zəlil halda səcdə edirəm) əgər bu dua səhihdirsə (xuzu) sözünün mənası nədir?
Cavab: Allahın adı ilə, Xuzu Allah qarşısında zəlil olmağa deyilir. Və lüğətdə ibadət mənasındadır. Allah daha yaxşı biləndir.
Sual: Camaat namazını əvvəl vaxtında qılmaq üçün, elana görə verilən azan, namaz üçün verilən azandan kifayət edər, yoxsa camaat namazı üçün əlavə bir azana ehtiyac var?
Cavab: Allahın adı ilə, Namaz üçün azan vermək müstəhəbdir, Elan üçün verilən azan kifayət etməz. Allah daha yaxşı biləndir.
Sual: "Əliyyun Vəliyyullah" azan və iqamənin bir hissəsidirmi? Çünki hər ikisinin də bir hissəsi olmadığını eşitmişəm. Əgər azan və iqamənin bir hissəsi deyilsə, nə vaxt, niyə və necə əlavə edildi?
Cavab: Vilayətə olan üçüncü şəhadət ifadəsi azan və iqamənin daxilindən (hissəsindən) hesablanır. Şeyx Tusi (Allah ondan razı olsun) azan və iqamədə (üçüncü şəhadətin deyilməsinin) üstünlüyünü tələb edən rəvayətlərin olduğunu bildirib. Bu və digər dəlillər əsasında (azan və iqamənin) bir hissəsi olmasını niyyət etmədən, azan və iqamədə üçüncü şəhadətin deyilməsinin müstəhəb və savabı və mükafatı olduğuna dair fətva verdik. Allah hər bir şeyi biləndir.
Əvvəl
1
Sonra