Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Əgər bir şəxs dini hökümləri məsələn namazın hökmlərini öyrənməklə özünü göstərə, öyünə bu cür öyrənmək düzgündür və onun namazı səhihdir?
Cavab: Allahın adı ilə, Onun namazı və öyrənməsi səhihdir və əgər öyünmək islam və ya məzhəbin haqq olmasını etiraf etməyən şəxslə olsa caizdir. Və amma öyünmək özünün əzəmətliyini müsəlmanların qarşısında sabit etmək üçündirsə caiz deyil. Allah daha yaxşı biləndir.
Sual: Bir şəxs insanlara özünü göstərmək niyyəti ilə namaz qıla, onun namazı düzgündür?
Cavab: Allahın adı ilə, Əgər məqsədi özünü tərifləmək üçündürsə caiz deyil. Amma qəsdi özündən töhməti dəf etmək üçündürsə məsələn: onun namaz qılmadığını deyirlərsə töhməti özündən dəf etmək üçün caizdir və bəzən vacibdir. Amma əgər namazdan qaçanları namaza dəvət etmək üçündürsə, o Allahın istədiyi bəndəyə verdiyi bir nemətdir. Bütün o yerlər ki, caiz olmasına hökm etmişik o yerlərdə namaz səhihdir. Allah daha yaxşı biləndir.
Sual: Sübh namazı qılıram və ya fəcr namazı qılıram, hansı niyyət sübh namazı üçün düzgündür?
Cavab: Allahın adı ilə, Hər ikisi düzgün və icazəlidir. Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra