Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Bir insan 90 yaşına çata kamil şəkildə dərk etmə qabiliyyəti vardır lakin o fatihə surəsini unuda onun şəri vəzifəsi nədir? 1- Ona övladlarından birindən köməkliy almaq yəni övladı oxuya və oda təkrarlaya vacibdir? 2-Övladının olmadığı halda səsi zaps edəndən yəni kasetin düyməsini vuraraq oxumaqda onu izləməsi vacibdir? 3-Əgər başqasından köməklik pul ödəməklə mümkün olduğu təqdirdə ona başqasını pul ilə kirayə edib fatihə surəsini oxutduraraq təkrarlaması vacibdir? 4- Əgər o camaat namazından aslı olsa ona camaat namazı qılmaq vacibdir?
Cavab: Allahın adı ilə, Ona mümkün olan hər bir şeydən köməkliy almaq vacibdir.
Sual: Bir şəxs ömrünün (91) yaşına çatıb fatihə və ixlas sürəsin unudub və təqribən iki il öncə görmə qabiliyyətini və bir ildən az olarki eşitmə qabiliyyətini də itirib, bir tərəfdən görmə qabiliyyətini itirdiyi üçün qurandan oxuya bilmir və digər tərəfdəndə eşitmə qabiliyyətini itirdiyi üçün başqası ona deyə bilmir, onun şəri vəzifəsi nədir bu zaman ona camaat namazı qılmaq vacibdir? Və bunuda qeyd edimki onun evi məsciddən uzaqdır və övladlarıda onu hər vaxt məscidə aparmağı bacarmırlar onlar işləri və evləri ilə məşğuldular. Onun fatihə və ixlas surəsi ilə bağlı şəri vəzifəsi nədir onu təsbihatul ərbəə ilə əvəz edəcək ya nə etməlidir? Onun şəri hökmünü bilməyə ehtiyacımız vardır çünki namaz gündəlik bir əməldir heç bir halda boyundan düşməz?
Cavab: Allahın adı ilə, Ona camaat namazı qılmaq vacibdir və məscidə getmək ona vacib deyil övladlarından birinin və ya dostlarından birinin imam camaat şərtləri olduğu təqdirdə kifayət edir, Əgər bu mümkün deyilsə bacardığı kimi qılacaq çünki namaz heç bir halda boyundan düşməz. Allah alimdir.
Sual: Üçüncü və dördüncü rükətlərdə təsbihatul-ərbəə aşağıdakı kimi: 1. Üç dəfədən çox demək icazəlidir? 2. "Subhənəllahi vəl-həmdu lilləhi və lə iləhə iləllah" və ya "Əlhəmdu lilləhi və subhənəllahi vəllahu əkbər " kimi sözlərini dəyişmək icazəlidir?
Cavab: 1: Allahın adı ilə, Onun tərkib hissəsi niyyəti ilə deyil, Allaha yaxınlaşmaq və savab qazanmaq niyyəti ilə icazəlidir. Allah daha yaxşı biləndir. 2: Allahın adı ilə, Məsum Əhli-beytdən (ə.s) gələn rəvayətlərə riayət etmək lazımdır! Allah hidayət edən və alimdir.
Sual: Təsbihatı ərbəni üçüncü və dördüncü rükətlərdə yalnız iki dəfə demək düzgündür?
Cavab: Allahın adı ilə, Düzgündür, Baxmayaraqki, üç dəfə demək əfzəl və həmçinin ehtiyatə əsasəndir. Allah hidayət edən və biləndir.
Sual: İkinci və ya üçüncü və dördüncü rükətlərdə fatihə surəsini oxumaq üçün ixtiyar etdikdə oxumamışdan öncə istiazəni (Əuzi billəhi minəş-şeytani ər-racim) demək caiz və ya müstəhəbdir?
Cavab: Allahın adı ilə, Caiz deyil gərək birinci rükətdə fatihə surəsindən öncə yavaş səslə istiazəni oxumaqla kifayətlənsin. Allah alimdir.
Sual: Namaz əsnasında qiraəti oxuyarkən sakin nun hərfini və ya tənvini ondan sonra ba hərfi gəlsə mim hərfinə çevirmək (qəlb) vacibdir yoxsa müstəhəbdir?
Cavab: Allahın adı ilə, Əgər iki hərf müstəqil sürətdə yazılsa nun hərfini özündən sonrakı hərf ilə idğam etməsələr bu zaman idğam etmək yalnız oxunuşu gözəlləşdirmək üçündür. Ola bilsin bu ərəb ləhcəsində olsun, necə ki, bəni filandan bir şəxs Peyğəmbər əzəmdən (s) səfərdə oruc tutma haqda olan hədisdə sual etmə hadisəsində gəlib və Peyğəmbər (s) buyurdu _Necə ki, məsdərlərdə gəlib_ (Leysə mən əmbər əmsiyam). Allah hidayət edəndir.
Sual: Nə üçün namazda qiraəti oxuyarkən istiazəni (Əuzi billahi minəş şeytanir racim) kəlməsini demək vacib deyil lakin müstəhəbdir, Allahu təala buyurur: (Quran oxuyan zaman, qovulmuş Şeytandan Allaha pənah apar.)?
Cavab: Allahın adı ilə, Ey övladım birinci rükətdə qiraətdən öncə istiazə ilə başlamağa ehtiyat vacibə görə fətva vermişik və dəlillərdən bu barədə bu miqdarda başa düşmüşük. Allah daha yaxşı biləndir.
Sual: Gündəlik namazlarda həmddən sonra surə oxunması vacibdir?
Cavab: Allahın adı ilə, Həmddən sonra kamil bir sürə oxunması vacibdir. Bu barədə risalə əməliyyə kitabında geniş izah edilib. Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra