Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Təşəhüddə üçüncü şəhadəti (Əşhədu ənnə Əliyyən vəliyullah) desək nə baş verər? Çünki sinif yoldaşım üçüncü şəhadəti təşəhüddə demək caiz olmasını deyir. Mən bildiyimə görə təşəhhüddə caiz deyil amma iqamə və azanda müstəhəbdir?
Cavab: Allahın adı ilə, Hər hansı bir mötəbər hədisdə və ya mötəbər bir hədis kitabında hər hansı bir məsum İmamlarımızın (ə) namaz əsnasında təşəhhüddə Əli ibn Əbu Talib (ə)-ın vilayətinə şəhadət verməsi sabit olmayıb. Yalnız Fiqh əl-Rzəvi kitabında gəlib. Dillərdə məhşur budur ki, bu kitab İmam Rza (ə)-ın imlasıdır. Bu böyük iştibahdır, bu kitabda elə bir şeylər varki heç bir şiə onu demir. Misal olaraq, kitabda dəstamazda iki ayaqları yumaq kifayətdir. Hər hansı bir şiə və ya şiələrin imamları belə bir söz deyib? Araşdırmada sabit olduki, bu kitabı Şəlməğani qeybəti suğra zamanı təlif etmişdir. İmam Hüccət (ə)-dan gəlmiş tovqiatlarında (məktublarında) ona lənət gəlmişdir. O, bu şəhadəti özünün Əhli beyt (ə)-a olan məhəbbətini başqasından daha çox və şiddətli olmasını sübut etmək üçün namaza əlavə edib. Və biz bildirmişikki, insana Əli (ə) və bütün İmamaların (ə)-ın vilayətinə dua ünvanı ilə qunut, səcdə və rukuda şəhadət gətirərək belə deməsi caizdir. Ey mənim Allahım mən Onlara (ə)-a iman gətirirəm, və İmamların (ə)-ın adlarını sadalasın. Hacətlərimi vermək üçün Onlar (ə) ilə sənə təvəssül edirəm. Təşəhhüddə sabit olmayıb və hər hansı bir şeyi mötəbər şəri bir nəss olmadan namaza əlavə etmək haram təşri(şəriətə özündən nəsə əlavə etmək) hesab olacaq və namazı batil edəcək. Bəziləri çalışıb sənədi səhih olmayan hədislərdən yapışıb. O hədislərin məzmunu belədir. Biz Allahu təalanın birliyinə, Peyğəmbərin (s) peyğəmbərliyinə və Əli (ə)-ın vilayətinə əmr olunmuşuq. Hətta bu hədislərin sənədi səhih olsada belə bunlar namazın cüzlərini bəyan etmir, bəlkə insana nəyə etiqad etməsini bəyan etmək üçün gəlib. Orada (imamlarda) təvəqqüf və ya şəkk edən bir şiə yoxdur. Buna görədə Əli ibn Əbu Talib (ə)-ın vilayətinə namaz əsnasında təşəhhüd zamanı şəhadət gətirmək sabit olmayıb. Və bizə məlumdur ki, bütün Peyğəmbərlərə (ə)-a istər adları Quranda gəlsin və ya gəlməsin etiqad etmək vacibdir, Onların peyğəmbərliyinə namaz əsnasında şəhadət verə bilərsən? Sonra bizlər İmamların (ə)-ın vilayətinə əmr olunmuşuq və İmam Müntəzər (ə f)-in vilayətində, hakimiyyətində yaşayırıq niyə görə Onu (ə f)-i namazda zikr etmirik? Allahu təaladan bizim hamımızı düz yola hidayət etməsini diləyirəm. Hidayət edən və bilən Allahdır.
Əvvəl
1
Sonra