Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual:Camaat namazında imamın düzgün qiraət etməsi, imamlıq üçün vacib şərtlərdən biridir. Buna görə də, qiraət etməyi bacarmayan şəxsin arxasında camaat namazı qılmaq icazəli deyil. Bəs qiraəti bacarmayan bir şəxsin arxasında namaz qılmaq mümkündürmü, yoxsa həmin şəxs namazını vaxt daxilində təkrar qılmalıdır? Qeyd etmək lazımdır ki, camaat namazı qılmaq savab qazanmaq ümidi və ya camaatın sayını artırmaq kimi məsləhətə görə edilir.
Cavab:Allahın adı ilə. Camaat namazının fəzilətləri yalnız camaat namazının düzgünlüyü ilə təsdiq olunur. Qiraəti düzgün bacarmayan şəxsin arxasında qılınan namaz düzgün deyil. Allah daha yaxşı biləndir.
Sual:Bir şəxs ya həqiqətən mövcud olmadığı üçün, ya da başqa bir səbəbdən özündə ədalət keyfiyyətini görmürsə, lakin camaat onu ədalətli hesab edirsə, onun camaat namazında imamlıq etməsi icazəlidirmi? Və əgər imamlıq edərsə, haram iş görmüş sayılır və nəticədə günaha batmış olurmu?
Cavab:Allahın adı ilə. Sualın fərzində onun imamlıq etməsi icazəli deyil. Əksinə, məntiqli və qəbul edilə bilən bir üzr ilə uzaq durmalıdır. Allah daha yaxşı biləndir.
Sual: Müəyyən bir məscidin nəzarətçilərindən biri koronavirusa görə namaz qılanları məsciddən qovur və onlara məscidə girməyə icazə vermir və bunuda qeyd edim ki, həqiqətən say azdır və məscid isə böyükdür və istədiyindən başqalarına içəri girməyə icazə vermir və bu məsciddən başqa bütün şeylər öz təbii vəziyyətinə qalıb, Bu iş düzgündür?
Cavab: Allahın adı ilə, Məsul şəxs (mütəvəlli) öz vəzifəsini yerinə yetirməli və məscidin işinə cavabdeh olan şəxsə xəbərdar etməlidir ki, möminlərə xidmətdə təqdim etdiyimiz açıqlamamızda xəbərdarlıq etdiyimiz kimi, bununla bağlı tibbi göstərişlərə əməl etməklə, məscidin açılmasına heç bir etiraz yoxdur. Allah hidayət edəndir.
Sual: Əgər iqtida edən şəxs başını imamadan (pişnamazdan) öncə rükudan qaldıra və bilərəkdən ayaq üstə qala və imama tabe olmaq üçün rükuya təzədən qayıtmaya, onun camaat namazının batilliyinə hökm ediləcək?
Cavab: Allahın adı ilə, Camaat namazı bunun kimi şeylərlə batil olmur, çünki iqtida edən şəxs qeyd olunan yerdə iki işin arasında ixtiyar sahibidir istər imama (pişnamaza) tabe olmaq üçün rükuya qayıdar istərsədə onunla birlikdə səcdəyə getmək üçün onu ayaq üstə gözləyər. Allah daha yaxşı biləndir.
Sual: Əgər Şeyxlərdən biri vacib niyyəti etmədən pişnamaz olaraq namaz qıla, lakin iqtida edənlər vacib niyyəti edələr, və bundan sonra başqa bir məscidə gedə orada vacib niyyəti ilə pişnamaz olaraq namaz qıla, qeyd olunacaq fərzlərdə camaat namazının hökmü nədir: 1- Namaz üçün niyyət etmək, qəza, nəzr və yaxud bunlardan başqa şeylər üçün niyyət etmək kimi vacibdir? 2- Müstəhəb kimi namaz üçün niyyət etmək vacib deyil və ya rəca mətlubiyyə və yaxud bundan başqa?
Cavab: Allahın adı ilə, Əgər nəzrlə olan vacib namazı camaat namazı qılsa, pişnamazla iqtida edənlərin hər birinin namazı səhih deyil, Bəli insana gündəlik namazlardan qəzaya getmiş namazın birini insanlarla qıla və başqa camaatla gündəlik namazını başqa dəfə qılması caizdir. Və həmçinin pişnamaz vacibi namazlarından birini camaat namazını qəsd etmədən qıla və sonra hal hazırdakı namazı camaat namazı niyyəti ilə qılması caizdir və möminlərə hal hazırda qıldıqları namazlarını onun hər iki namazına iqtida etmələri səhihdir. Allah alimdir.
Sual: Daimi (ratib) pişnamazın təyinində qayda nədən ibarətdir? Bir Şeyx özünün olduğu və pişnamaz durduğu məsciddən başqa bir məscidin işləri üçün təyin olunub, bir müddət orada sübh namazın qılıb sonra isə əlaqə kəsildi və başqa bir Şeyx bütün namazları orada qılmaq üçün təyin olundu, daimi pişnamaz kim olacaq müəyyən olan şəxs, yoxsa namazları qılmaq üçün təyin olan şeyx?
Cavab: Allahın adı ilə, Əgər məscidin şəri mütəvəllisi varsa məscidə daimi pişnamazı o təyin edəcək, əgər şəri mütəvəlli olmasa məsciddə adətən kim camaat namazı qılırsa o olacaq. Allah daha yaxşı biləndir.
Sual: Məscid də imam camaatın ədalətli olduğunu bilirəm. Lakin tək namazımı qılsam, bu məscid əhlinin 2 yerə parçalanmasına səbəb olacaq. Ola bilsin ki, İmam camaata qarşı şübhə yaradacaq. İmam camaatın arxasın da camaat namazı niyyəti etmədən namaz qılmağım caizdir?
Cavab: Allahın adı ilə, Caizdir. Namazın vacibatını yerinə yetirməklə bərabər namazın səhihdir. Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra