Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual:Bir qadın eşitmişdir ki, məğrib və işa namazlarından biri üç rükət, digəri isə dörd rükətdir. Buna görə uzun müddət məğrib namazını dörd rükət, işa namazını isə üç rükət qılmışdır. Sonradan illər sonra bunun səhv olduğunu anlamışdır. Bu halda şəri hökm nədir?
Cavab:Allahın adı ilə. Namazları şəri hökmə zidd olaraq qıldığı bütün müddət üçün hər iki namazı yenidən qılması vacibdir. Allah daha yaxşı biləndir.
Sual:Namazdan sonra ümumi olaraq səcdələrdən birinin və ya təşəhhüdün unudulduğunu bilən şəxsin vəzifəsi nədir? Əgər mümkündürsə, bu hökmün əsasını ümumi şəkildə izah edin?
Cavab:Allahın adı ilə. Hər ikisini ehtiyata əsasən səhv səcdələri ilə birlikdə qəza olaraq yerinə yetirmək lazımdır. Allah daha yaxşı biləndir.
Sual:İki səhv səcdəsi arasında oturmaq vacibdirmi, yoxsa yalnız alnı bir az qaldırıb yenidən yerə qoymaq kifayət edər?
Cavab:Allahın adı ilə. Oturmaq mütləq vacibdir. Allah daha yaxşı biləndir.
Sual:Namazdan sonra səcdələrin birinin və ya təşəhhüdün qaçırıldığını icmali olaraq bilən şəxsin vəzifəsi nədir?
Cavab:Allahın adı ilə. O, həmin səcdəni və təşəhhüdü qəza etməli, daha sonra səhv səcdəsi yerinə yetirməlidir. Allah daha yaxşı biləndir.
Sual: Minhac əs-Salihin kitabında (C-1 məsələ-881) namazın şəkk babında qeyd olunub: Əgər namaz qılan şəxs rükətlərin sayında şəkk etsə ehtiyat müstəhəbdir ki, bir az gözləsin. Gözləmək üçün müəyyən olunmuş zaman nə qədərdir, və geniş ibarə ilə desək gözləməkdə limit və qayda nədir hətta vaxt miqdarı ilədə olsa məsələn bir dəqiqə və ya fatihə surəsini oxumaq miqdarı kimi?
Cavab: Allahın adı ilə, Gözləməkdən məqsəd qıldığı rükətləri bilmək üçün düşünməkdir ona gözləmək və düşünmək lazımdır əgər həqiqəti bilməkdən aciz olsa ona şəkk edən şəxsin vəzifəsinə əməl etmək lazımdır, Gözləməkdə vacibdir ki namazda ehmallıq (etinasızlıq) və namazın cüzləri arasındakı fasiləsiz ardıcıllıq aradan getməsin. Ey qardaşım sənin istədiyin miqdar budur. Allah daha yaxşı biləndir.
Sual: Şəkkin səbəbi olmadıqda namaz və dəstəmazın düzgünlüyündə şəkkin hökmü nədir?
Cavab: Allahın adı ilə, Əgər həmən şəxs vasvasıdırsa şəkkinə etina etməməlidir, və amma əgər normal şəxsdirsə dəstamaz alarkən şəkk etsə tələb olunan formada gərək cüzləri yerinə yetirsin və həmçinin namaz əsnasında şəkk etsə əgər şəkk olunmuş cüzi keçməmişdən öncə şəkk etsə ondan sonrakı cüzə daxil olmamışdan öncə bunu yerinə yetirməlidir, və amma həmən cüzdən keçdikdən sonra şəkk etsə şəkkinə etina etməyəcək. Allah daha yaxşı biləndir.
Sual: Əgər namaz qılan şəxs namazın düzgünlüyündə şəkk edə və namazına davam edə və namazdan sonra şəkkin düzgün olması məlum ola, namazı düzgündür?
Cavab: Allahın adı ilə, Əgər həmən şəxs vasvasıdırsa şəkkinə etina etməyəcək və amma əgər vasvası deyilsə şəkk elədiyi hissəni yerinə yetirmədiyi məlum olarsa, şəkk etdiyi cüzə görə dəyişəcək, Əgər şəkk etdiyi yer namazın rüknlarındandırsa namazı təzələyəcək, və əgər rükn olmasa, yaddan çıxmış hissəni yerinə yetirib və səcdeyi-səhv edəcək. Allah daha yaxşı biləndir.
Sual: Bir şəxs namazda birinci rükətdə şəkk etsə ki, bu birinci rükətdir yoxsa ikinci rükətdir, lakin o, namazına davam edir və ikinci rükəti qılarkən bu şübhədən əmin idi ki, bu birinci rükətdir. Bu cür şəkk hallarında namaza davam etmək namazı batil edir?
Cavab: Allahın adı ilə, Əgər onun təxmin etməsi şəkkin iki tərəfində birinə üstünlük versə şəkkin iki tərəfindən üstün olanına əməl etməlidir. Və əgər şəkkin iki tərəfindən biri onun yanında üstünlük təşkil etməsə, ona bu namazı dayandırıb (pozub) yenidən başlaması lazımdır. Əgər bunu etməsə vaxt daxilində namazı təzələməlidir və əgər namazın vaxtı keçibsə qəza etməlidir (vacibdir). Allah daha yaxşı biləndir.
Sual: Səhv səcdəsini namazın sonundakı üç təkbirdən sonra yerinə yetirmək vacibdir yoxsa sonra? Əgər namaz qılan şəxsin səhv səcdəni yerinə yetirmək niyyəti varsa salamlardan sonrakı üç təkbiri deməsinə ehtiyac var? Və namaz qılan şəxsə səhv səcdəsindən sonra təşəhhüd və salamları deməsinə ehtiyac vardır?
Cavab: Allahın adı ilə, Daha yaxşı olar ki, təkbirlərdən öncə olsun. Səhv səcdəsində təşəhhüd və vacibi salamı o, Mənim nəzərimdə ikinci salamdır (Əssəlamu əleyna və əla ibadullahi əs-salihin) deməsi lazımdır. Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra