Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Heyz qanı xanımlar üçün həddi buluğ əlamətlərindən sayılacaq?
Cavab: Allahın adı ilə, İlahi təkliflər, təklifin əlamətləri baş verdikdə namaz kimi olan təkliflər vacib olur, təklifin əlamətləri kişilər üçün hicri qəməri ili ilə on beş yaşı tamamlamalı və ya qasıqda qəliz tükün bitməsi, təzə tüklərin bitməsinin əsası yoxdur və yaxud onun möhtəlim olması yəni məninin (spermanın) ondan çıxması, bu şeylərin hər hansının biri onda baş versə həddi buluğ üçün kifayət edir. Xanımlarda isə hicri qəməri ili ilə doqquz yaşı tamamlamaq və ya qasıxa tükün bitməsi və yaxud heyz dönəminin başlaması yəni heyz qanının çıxması, kişi və ya qadında bu əlamətlərin biri baş versə həddi buluğ baş vermiş olar. Allah alimdir.
Sual: Namaz üçün təklifin və həddi büluğa çatmağın hökmü nədir?
Cavab: Allahın adı ilə, Bilki, ey oğul oğlan və qız uşağı dərk etmə və namazın hökm və şəraitlərini idrak etdiyi yaş da namaza iltizamlı olmalıdır. Amma namazın vacib olması, oğlan uşaqları üçün hicri hesabla 15 yaş və ya üz və qasıqda sıx tüklərin bitməsi və muhtəlim olmaqla baş tutur. Əgər bu 2 şey 15 yaşa çatmamışdan qabaq baş verərsə namazın vacib olması sabit olar. Amma qız uşaqların da, hicri qəməri təqvimlə 9 yaşın tamam olması ilə və ya heyz olması və muhtəlim olması və qasıxa tükün çıxması ilə namaz vacib olur. Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra