Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual:Mükəlləfin məmləkətində hilalın sabit olması üçün ayın görüldüyü ölkə ilə gecənin bir hissəsində olsa belə müştərək olmasının kafi olması ilə bağlı Seyid Xoyinin (Allah rəhmət etsin) məbnasının açıqlanmasında fikirlər müxtəlifdir. Seyidin (Allah rəhmət etsin) nəzərində bu müştərəklik səhərə qədər davam edir, yoxsa gün çıxana qədər?
Cavab:Allahın adı ilə. Bizə məlum olan böyük ustadın (Allah rəhmət etsin) rəyi günəş çıxana qədərdir. Allah daha yaxşı bilir.
Sual: Asteroloji hesablamalara etimad etməklə ay sabit olarmı?
Cavab: Allahın adı ilə, Özü özlüyündə şəri dəlil hesab olunmaz. Lakin bu hesablamalardan elm və xatircəmlik əldə olunarsa, o, elm və xatircəmliyə əməl etmək vacib olar. Allah daha yaxşı biləndir.
Sual: Ayın sabit olması böyüdücü cihazlarla sabit olar? Yoxsa çılpaq gözlə görünməlidir?
Cavab: Allahın adı ilə, Ayın cihazla yerinin təyin olması icazəlidir. Sonra gözlə görülərsə, şəri hökmə əsasən ay sabit olar. Allah daha yaxşı biləndir.
Sual: Ayın əvvəlində yeni ayın daxil olmasını axtarmaq vacibdir yoxsa müstəhəb?
Cavab: Allahın adı ilə, Müstəhəbdir. Vacib deyildir. Ramazan ayının əvvəlini və Şəvval ayının əvvəlini və vəzifəsi həcc etmək olan şəxs üçün Zil hiccə ayının əvvəlini təyin etməyə kimin imkanı varsa o, şəxslərə vacib olar. Allah daha alimdir.
Əvvəl
1
Sonra