Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Ondan başqalarında məsələn müstəhəb orucda nə üçün ehtiyat etmirik?
Cavab: Allahın adı ilə, Amma müstəhəb orucda müqəddəs şəriət insan gün ərzində hətta zəval vaxtından sonra əgər orucu batil edən şeylərdən istifadə etməyibsə oruc niyyəti etməyə icazə verib bu Allahu təaladan müstəhəb oruc tutmaq istəyən şəxs üçün asanlaşdırmaqdır və bu hökm yalnız təəbbüdüdür. Allah hidayət edən və biləndir.
Sual: İftar vaxtı nədir? Gün batdığı zamandır yoxsa hümrə məşriqiyyənin (şərqdəki qızartı) aradan getməsidir?
Cavab: Allahın adı ilə, Gərək hümrə məşriqiyyə naharın yarı dairəsindən qərb tərəfə keçsin. Allah alimdir.
Sual: Ramazan ayının orucunda sübh namazının azanından (10) dəqiqə öncə imsak etməyin hökmü nədir?
Cavab: Allahın adı ilə, Bil ey övladım hər bir yer üçün orucun dəqiq başlama vaxtını təyin etmək çətindir çünki yer öz oxu ətrafında fırlanır hər bir an bütün yerlərdə günəşlə yer üz-üzə gəlir mütəxəssislərin bəyan etdiyi imsak vaxtları adətən müəyyən bir şəhərə məxsusdur və məlumdur ki, həmən şəhərin şərq tərəfin son həddi məğrib tərəfin son həddinin imsak vaxtından fərqlidir. Deməli yerin hərəkətinə görə şəhərin hər bir məntəqəsi və ya hər bir qarışı fərqlidir buna görədə imsak vaxtlarını təyin edən mütəxəssislər həmən şəhərin bütün şəxslərin oruc tutması üçün nəzərə alaraq bir vaxt dəqiqləşdirib təyin edirlər çox vaxtlarda bütün şəhər üçün fəcr sadiqdən on dəqiqə əvvəl imsak vaxtı təyin edirlər və şəhər çox böyük olsa oda çox nadir hallardır namazını vaxt daxil olduqdan sonra əvvəl yox qılmaq üçün sübh namazını on dəqiqə və ya çox sonra qılırlar, Ümid edirik on dəqiqə məsələsinin hikməti sizə aydın oldu diqqətli ol şəhərin məğrib və ya məşriqdə olduğun halda müxalifətçilik etməkdən çəkin sonra peşmançılıq fayda verməyəcək. Allah hidayət edən və biləndir.
Sual: Şam azanı zamanı namaz və ya iftar hansı biri önə salınmalıdır?
Cavab: Allahın adı ilə, Şam azanı zamanı, hökm şəxslərin halına uyğun dəyişər. Əgər oruc tutan şəxs, namazı xuzu və xuşu halı ilə qılmağa taqəti yoxdursa, iftar etməlidir. Həmçinin möminlər iftarı gözləyirsə, iftarı namazdan önə salmalıdır. Lakin zəruri miqdardan daha çox namazı gecikdirməməlidir. Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra