Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Sual:1:Müstəhəb oruc tutduğum zaman məni yeməyə dəvət edənin dəvətinə cavab verməyin ölçü və göstərişi nədir? İstər şirniyyat, istər bir stəkan su, xurma, süd və ya bir az meyvə olsun, nəyə dəvət olunduğundan asılı olmayaraq bu dəvətdirmi? Yoxsa dəvət edilən şey süfrə və ya ziyafət adlanan bir şey olmalıdır, ona görə də sadə yemək və içmək kifayət deyil? 2: Dəvət edənin on iki imam şiəsi, mömin olması şərtdir, yoxsa dəvət edən mənimlə ixtilaf edən digər islam məzhəblərindən olsa belə dəvətə cavab vermək kifayətdir?
Cavab: Cacab:1: Allahın adı ilə, Dəvət, əcr və savab niyyəti ilə möminə su verməklə də olsa gerçəkləşir. Allah daha yaxşı biləndir. 2: Allahın adı ilə, Bu hökm, dəvət edənin yalnız on iki imam şiəsi, mömin olduğu hala aiddir. Allah daha yaxşı biləndir.
Sual: Ürvətul Vüsqa kitabında belə bir mətn gəlmişdir. Əgər mömin qardaşın sənə təam verərsə oruc tutan şəxsə orucunu açması müstəhəbdir. Bu barədə bir neçə suallarım vardır. 1) Bu məsələ də mömin qardaş ünvanı həddi büluğa çatmayan şəxsə də aiddir? 2) Orucu açmağa dəvət edən şəxsin təqdim etdiyi təam onun mülkiyyətində olması şərtdir? Yaxud təamdan istifadə etmək üçün icazə kifayət edir? 3) Əgər mömin qardaş ünvanına həddi büluğa çatmayan şəxsdə şamildirsə bu halda yenə bir neçə sualım olacaq. 1) Təamın onun mülkiyyətində olması şərtdir? 2) Təqdim olunan təamda həddi büluğa çatmayan şəxsin vəlisinin icazəsinin olduğuna xatircəmlik hasil olması kifayətdir? 3) Bu cür istifadə ürfdə məruf olan istifadədən hesab olunurmu? 4) Əgər həddi büluğa çatmayan şəxs dəvət etdiyi təama özü vəli hesab olunursa bu halda necə olacaq?
Cavab: Cavab 1: Allahın adı ilə, Bil ki ey oğul, şəri dəlillərdən başa düşülən odur ki, iftar üçün iftara dəvət edənin şüuruna diqqət olunmasıdır. Bu hal da həddi büluğa çatmış şəxslə həddi büluğa çatmayan şəxs arasında heç bir fərq yoxdur. Bir şərtlə ki, həddi büluğa çatmayan şəxs müməyyiz (pisi yaxşıdan ayırt edə biləcək dərrakəyə sahib olsun) olsun. Əgər müməyyiz olmasa ola bilsin o, uşaqlığın xüsusiyyətinə görə səni yemək yeməyə dəvət edə bilər. Bu məsələ də mömin qardaş deyiləndə, həddi büluğa çatmış və pisi yaxşıdan ayırt edə biləcək müməyyiz həddi büluğa çatmayan şəxsə aiddir. Allah daha yaxşı biləndir. Cavab 2: Allahın adı ilə, İkinci kifayət edir. Allah daha yaxşı biləndir. Cavab 3: 1) Allahın adı ilə , Vəlinin və ya onun yerində kim varsa oların bilməsi lazımdır. Allah daha yaxşı biləndir. 2) Allahın adı ilə , Kifayət edir. Allah daha yaxşı biləndir. 3) Əgər istifadə etmək üçün şəri zəruri ehtimal hasil olarsa yuxarıda kı, hökm tətbiq olunacaq. Allah daha yaxşı biləndir. 4) Burada hökm uşağın təam üzərində olan mülkiyyəti üzərində nə qədər müstəqil olması ilə ölçüləcək. Əgər təam uşağın vəlisinin öhdəsindədirsə istifadəsi üçün uşağın onu verməsi kifayət etməyəcək. Allah daha yaxşı biləndir.
Sual: Səfərdə müstəhəb orucu tutmaq caizdir?
Cavab: Allahın adı ilə, Caiz deyil. Allah alimdir.
Sual: Bayram günü oruc tutmağın haramlığı zatidir yoxsa təşrii?
Cavab: Allahın adı ilə, Bayram günü oruc tutmağın haramlığı zatidir. Və əgər oruc tutmalı olduğu inancla oruc tutsa təşrii olacaq. Allah alimdir.
Əvvəl
1
Sonra