Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Münkər (pis) haram olan işdir yoxsa ondan aşağı dərəcəyədə aiddir?
Cavab: Allahın adı ilə, Münkər(pis işlər), bütün işlər ki, onları tərk etmək əqlən və ya şərən lazımdır, Haram isə, xüsusilə şəriətdə tərk etmək vacibdir. Allah daha yaxşı biləndir.
Sual: Şəxsin 30 yaşı var və bu müddətdə şəri hökmləri öyrənməkdə səhlənkarlıq edib. Vacib əməlləri düzgün formada yerinə yetirmir. Sualım budur ki, ona xəbərdarlıq etmək vacibdirmi? Xəbərdarlıqdan əvvəl və sonra ibadətinin hökmü nədir?
Cavab: Allahın adı ilə, İbadətlərdə vacib bir hissənin düzgün yerinə yetirilməməsi əməli batil edər. Səbəb isə şəxsin təqsiri üzündən bilərəkdən baş verdiyinə görədir. Əgər sizlərdən biriniz ona nəsihət edərsə və bu nəsihətləri ona davamlı edərsə, o, şəxs də bu nəsihətləri eşidib ona uyğun əməl etməsi vacibdir. Allah hidayət edən və biləndir.
Sual: Qohumlarla əlaqəni kəsməyin icazəli və vacib olduğu yeri xahiş edirəm bildirəsiz?
Cavab: Allahın adı ilə, Peyğəmbər (s)-in səhabələri müşrik qohumları ilə əlaqəni kəsmişdilər. Bunu Quran qadağan eləmişdir. Burda zəruri hallar istisna olunmuşdur. Allah hidayət edən və daha yaxşı biləndir.
Sual: Avtobusda oturarkən, bizdən yaşca böyüklər 30-40-50 yaşlılar ayaq üstə dururlar. Əxlaqi cəhətdən bizim vəzifəmiz nədir?
Cavab: Allahın adı ilə, Əgər güclü öz yerini zəifə oturmaq üçün verərsə bu savab və gözəldir. Əgər bunu etməsə savab qazanmaqdan məhrum olar. Lakin sual da verildiyi kimi haram iş görmüş sayılmaz. Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra