Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Mən, əsl sevgi olan, həyatımı tamamlamaq istədiyim biri ilə sevgi münasibətindəyəm. Məndən nə etməyim gözlənilir? Mənə kömək edə bilərsiniz?
Cavab: Allahın adı ilə, Qızım, Allahdan qorx! Belə ki, həqiqətən də naməhrəm ilə sevgili olmaq, görüşmək, söhbətləşmək və.s kimi həddindən artıq günah işlədikdən sonra gerçəkləşir. Əgər subaysınızsa, ailənizdən və onun ailəsindən kömək istəyin ki, aranızda şəriət şərtləri ilə şəri əqd (kəbin) əldə edilsin.
Sual: İnsan necə başqalarının məhəbbətini əldə edə bilər. Ailə də istər böyük və istər kiçik fərdlərin məhəbbətini necə əldə edə bilər. Çünki şəxs, öz ailəsinə məhəbbətlə davranır, lakin ailə fərdləri istər kiçik və böyük onunla qəzəblə davranırlar. Ailə üzvləri hörmət göstərmirlər. Təcrübədən keçirilmiş dua və ya Quran surəsi varmı? Onları oxumaqla ailənin məhəbbətini qazansın və içlərində olan nifrət aradan getsin. Xahiş edirəm bu problemi həll etmək üçün, nə tövsiyə edirsiz? Ailə fərdlərin məhəbbətini necə əldə etmək olar?
Cavab: Allahın adı ilə, Ey oğul bil ki, Allah məhəbbət və ehtiramı insanın qəlbində xəlq edib. Bunun həyata keçməsi üçün möminin təkcə cəhd etməsi və qarşı tərəfin nəfsi təmiz olmadıqca kifayət deyildir. Bunun ən böyük dəlili peyğəmbərlərin və imamların və Allahın saleh bəndələrinin insanların məhəbbətini qazanmasıdır. Onların məhəbbəti o, şəxslərin qəlbində yerləşdirilmişdir. Burada sənin heç bir təqsirin yoxdur. Burada təqsir qarşı tərəfindir. Ey oğul, sən ki, bu işdə səy edirsən, bil ki, savabın var. Allahın bu dünyada və axirətdə də rəhmətini haqq edirsən. Bunun üçün Allaha yaxınlaşmaq qəsdi ilə bu işləri gör. Allah müvəffəq edən və alimdir.
Əvvəl
1
Sonra