Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Evlənmək məqsədi ilə bir xanımla tanış oldum, onda bəzi kamallıq tapdım qəlbim ona sarı meyl etdi. Amma onun paltarı şəriət qanunları ilə kamil formada uyğun gəlmir enli və cəlb edici olmaması (dar və cəlb edici) bu bizlərə çətinliklər yaradır az qala əlaqələri kəsək. Necə nəsihət edirsiz? Onunla nişanlanım bu ümüdlə ki gələcəkdə düzələcək və ya onu tərk edim. Bunuda qeyd edimki mən dini elm tələbəsiyəm, o xanım başqa cəmiyyətdən və şəhərdəndir.
Cavab: Allahın adı ilə, Xanım seçimində İmam Sadiq (ə)-ın nəsihətinə tabe ol. Şəkil, yeriş və qadında hansı xüsusiyyətlərin olmasını istəyirsənsə (həmən xüsusiyyətlər qadında olsun). Allah müvəffəq edəndir.
Sual: Nəfsi ləvvamənin qərarları həmişə doğru olur?
Cavab: Allahın adı ilə, Xeyir belə deyil. Gərək müqəddəs şəriət qaydalarına uyğun olsun. Hidayət edən Allahdır.
Sual: Ruh üçün münafiqlikdən da əlavə xəstəlik var?
Cavab: Allahın adı ilə, Bil ey övladım münafiqlik küfrü gizlədib islamı izhar etməkdir. O böyük günahlardandır bəlkə ondan böyük günah yoxdur. Elə buna görədə Allahu təala buyurub: ( “Həqiqətən münafiqlər cəhənnəmin son qatında olacaqlar”) Saleh şəxsləri və möminləri ətrafında münafiqlər kimi bir bəlaya mübtəla olması ilə Allahu təala heç bir peyğəmbər və onun tabeçilərini bir müsibətə giriftar etməyib. Buna görədə bəzi məqtəllərdə Əbəlfəzl Abbas (ə) onu və ağası İmam Hüseyn (ə)-ı şəhid etməyə çalışanları münafiq adlandırıb. -Allahdan başqa güc qüvvət yoxdur- münafiqlikdən yüngül günahlar, əqidəvi və ya başqa günahlar pislik və çirkinlik də açıq küfr kimidir. Münafiq olmayan şəxs o açıq şirk və günah və cinayətləri günahkar cismi və əzaları ilə edir. Hidayət edən və bilən Allahdır.
Sual: Necə saleh (həqiqi) müsəlman ola bilərəm?
Cavab: Allahın adı ilə, Əgər düzgün 12 imam əqidəsinə etiqad etsən və ilahi təqvaya riayət etsən İmam Əli (ə)-ın Nəhcül bəlağədə vəsf etdiyi müttəqilərdən olarsan. Bu hal da saleh (həqiqi) müsəlman olarsan. Allah müvəffəq edəndir.
Əvvəl
1
Sonra