Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Müsəlmanlar tərəfindən əsir götürülmüş kafir əsirlərin hökmü nədir? Peyğəmbər (s) onları öldürməyi əmr etmişdi? (ما كان لنبي أن يكون له أسرى حتى يثخن في الأرض تريدون عرض الدنيا والله يريد الآخرة والله عزيزٌ حكيم) “Heç bir peyğəmbərə hökümətini yer üzündə qüvvətləndirib möhkəmləndirənə qədər (döyüş) əsirlərinin olması yaraşmaz və haqqı yoxdur. Siz dünya malını (əsirləri satmaq və ya fidyə ilə azad etmək) istəyirsiniz, Allah isə axirəti istəyir. Allah yenilməz qüdrətli və hikmət sahibidir.” (لولا كتاب من الله سبق لمسّكم فيما أخذتم عذابُ عظيم) “Əgər Allah tərəfindən qərara alınmış keçmiş hökm olmasaydı, götürdüyünüz şey barəsində sizə mütləq böyük bir əzab yetişərdi” Ənfal surəsinin 67 və 68 ayələrinin təfsiri nədir?
Cavab: Allahın adı ilə, Peyğəmbər (s) iştirak etdiyi müharibələrdə (Bədr və Huneyn və Xeybər və s.) bəzi əsirlərin qətlinə əmr vermişdir. Bəzilərinin isə qətlinə islam və müharibənin xeyrinə görə əmr etməmişdir. Amma kafir bizə hücum etsə və ələ keçərsə ya o, öldürüləcək, ya da əsir götürüləcək. Amma terroristlər onların hökmü yer üzündə fəsad yayanlardır. Yer üzündə fəsad yayanların hökmü isə hətta müsəlman olduqlarını iddia etsələr belə Quran ayəsində açıq bildirilmişdir. (إنما جزاءُ الذين يُحاربون الله ورسوله ويسعون في الأرض فساداً أن يُقتّلوا أو يُصلبّوا أو تقطّع أيديهم وأرجلهم من خلافٍ أو ينفوا من الأرض ذلك لهم خزيٌ في الدنيا ولهم في الآخرة عذابٌ عظيمٌ) “Həqiqətən Allahla və Onun peyğəmbəri ilə vuruşan və yer üzündə fitnə-fəsad törətmək istiqamətində çalışan (insanları qorxutmaq, asayişi pozmaq və onların haqlarına təcavüz etmək məqsədi ilə soyuq və ya isti silahla zahir olan) kəslərin cəzası yalnız öldürülmək və ya dar ağacından asılmaq, yaxud əlləri və ayaqlarının çarpazvari kəsilməsi və ya həmin yerdən sürgün olunmaqdır. Bu, onlar üçün dünyada həqirlik və xarlıqdır və onlar üçün axirətdə böyük bir əzab vardır.” Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra