Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Əmim oğlu İŞİD-ə qarşı cihad fətvası veriləndən sonra Amirli bölgəsində şəhid oldu. Amma onun qəza namazı və orucu və boynunda haqq var idi. Onun boynunda olan qəza namazı və orucu və haqqları yerinə yetirmək bizə vacibdir?
Cavab: Allahın adı ilə, Mənim nəzərimə əsasən dünyasını dəyişmiş şəxsin zəruri hallardan (xəstəlik kimi və s.) başqa adi halda qəzaya verdiyi namaz və oruclarını yerinə yetirmək vacib deyil. Bu da böyük oğulun üzərində vacibdir. Əgər kimsə bunu yerinə yetirmək istəyirsə bunun maneəsi yoxdur. Amma boynunda olan haqqlara gəldikdə isə özündən sonra qoyduğu mal vərəsələri arasında paylanmamışdan öncə verilməlidir. Əgər özündən sonra qalan mal çatmasa, kimsə bu haqqları öz malından ödəmək istəsə icazəlidir. Allah daha yaxşı biləndir.
Sual: Qanın nəcis olduğunu bildiyimiz halda Şəhid nə səbəbə öz qanına bulaşmış libasında dəfn olunur?
Cavab: Allahın adı ilə, Bu Allahın hökmüdür. Allah bu cür əmr edib ki, Şəhid öz qanı ilə dəfn olunsun. Ola bilsin bu şəhidə qarşı olan ehtiramdır. Qiyamət günüdə öz qanı ilə Allahın hüzurunda dayanacaq və əvvəldən axıra kimi xəlq olan insanlar arasında Allahın ona əta etdiklərini nümayiş elətdirəcək. Allah daha yaxşı biləndir.
Sual: İŞİD tərəfindən İraq ordusunda öldürülənlər Allah yolunda şəhid hesab olunurmu?
Cavab: Allahın adı ilə, Hər kim İraqın müdafiəsi uğrunda şəhid olubsa Şəhiddir. Allah daha yaxşı bilir.
Sual: Biz Allah qonaqlığı olan Ramazan ayındayıq. Ramazan ayı daxil olanda cənnətin qapıları açılar. Cənnət də Mücahidlər qapısı deyilən bir qapı var. Xahiş edirik müqəddəs məkanların müdafiəsində və İraqın müdafiəsində şəhid olanlar və ailələri haqqında bir neçə kəlmə buyurasız?
Cavab: Allahın adı ilə, Bundan öncə ki, bəyanatlarımızda da qeyd etdiyimiz kimi Şəhid ən qiymətli olan həyatını Allah yolunda vermişdir. Hər bir məqamın üstündə bir məqam vardır. Allah yolunda şəhid olmaqdan isə üstün məqam yoxdur. Biz o, şəhiddən danışırıq ki, o, döyüş meydanın da son nəfəsini verib və öz qanına bulaşmış paltarı ilə dəfn olunub. Allah o, şəhidə bir neçə mükafat verər: 1-Allahın razılığını qazanar. 2-Cənnət libası geyinər. 3-Qanının ilk damcısı yerə düşdük də günahları bağışlanar. 4-Cənnətdə ki, mənzilini görər. 5-Başının üzərində iki huri dayanar. Üzündən tozu silərlər və ona salam verərlər. 6-Cənnət də gözəl ətirlərlə ətirlənər. 7-Ona cənnətdə necə istəyirsən o, cür istirahət et deyilər. 8-Allahın üzünə nəzər edər. Burada üzdən məqsəd yəni Allahın bütün mehribanlıq və mərhəmətini hiss edər. Bu hər bir peyğəmbər və şəhid üçün rahatlıqdır. Bu saydıqlarımız bəzisi idi. Ona görə ki, o, ona vacib olanı yerinə yetirmişdir. Bizim üzərimizə düşən isə, şəhidin ailəsini, övladlarını qorumaqdır. Onlara atalarının itkisini hiss elətdirməməkdir. Allah hidayət edən və biləndir.
Sual: Allah yolunda öldürülən şəhidin həyatı boyu etdiyi pis əməllər bağışlanır? Həmçinin boynunda olan insan haqları (borc kimi) ondan düşür?
Cavab: Allahın adı ilə, Gələn dəlillərdən istifadə etdiyimiz budur ki, insanın Allahla arasında olan günahları şəhidin ilk qan qətrəsi yerə töküləndə bağışlanır. Amma insanların haqları isə vərəsələrinə vacibdir ki, şəhidin özündən sonra qaldığı malı ilə onları ödəsinlər. Allah daha yaxşı biləndir.
Sual: Sizdən döyüş meydanlarında İŞİD-lə mübarizə aparan mücahidlər barədə bir neçə sual soruşmaq istəyirik: Şəhidlərə xass olan qüslsuz və kəfənsiz dəfn olunma hökmü aşağıdakı şəxslərə şamil olurmu? A)-Vəzifəsi döyüşdə ki, xəbərləri canlandırmaq olan jurnalist. B)-Vəzifəsi yaralıları müalicə edən həkim. C)-Vəzifəsi aşbazlıq və ya mücahidlərə ərzaq daşımaq olan şəxslər. D)-Mücahidlərin mənəvi ruhiyyələrini qaldırmaq üçün döyüş meydanların da iştirak edən din tələbələri. F)-Yerlərindən qaçqın düşmüş şəxslərə yardım aparan mərcəiyyət tərəfindən təyin olunmuş mötəməd şəxslər.
Cavab: Allahın adı ilə, Sual da zikr olunanlar hamısı şəhiddir. Döyüş meydanından çıxarılmadan son nəfəsini verən hər biri qüslsuz və kəfənsiz dəfn olunacaq. Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra