Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual:Bir şəxs həcc aylarından əvvəl, məsələn, Şəban ayında mal sahibi olarsa, həmin malı heç bir məhdudiyyət olmadan, məsələn, vacib olmayan bir səyahət üçün xərcləyə bilərmi, yoxsa o malı həcc üçün saxlamalıdır? Və malı zəruri hallarda, məsələn, müalicə üçün xərcləmək olarmı?
Cavab:Allahın adı ilə. Əgər mal zəruri məsələlərə, məsələn, müalicəyə xərclənərsə, maneə yoxdur. Lakin vacib olmayan digər şeylərə xərcləmək olmaz, o malı həcc üçün saxlamaq lazımdır. Allah daha yaxşı biləndir.
Sual: Həcc püşkatmasında qalib gələn bəzi vətəndaşların ailəsinə və yaxınlarına, bəzilərinin isə qohum-əqrəbasına imtina etməsi və bu güzəştlərin müəyyən məbləğdə pul müqabilində və ya xəstəlik, çatışmamazlıq səbəbiylə məbləği olmadan edilməsi barədə nə düşünürsünüz? Vəsait və ya hər hansı digər səbəb?
Cavab: Allahın adı ilə, Əgər istitaəti (qüdrəti) yoxdursa yəni ona həcc vacib deyil və yaxud əvvəlcədən həccdə olub və püşkatma onun müstəhəb həcci üçün olsa qanuna ziddiyyət etmədən ona satmaq və ya bağışlamaq caizdir, Gizli deyilki onun kimi ərəfə günü İmam Hüseyn (ə)-ın ziyarəti daha fəzilətlidir. Amma əgər onun həcci, həcci islamdırsa və müstətidirsə (qüdrəti varsa) bu (satmaq, bağışlamaq) ona caiz deyil, Hətta ona gözləmək və ya təxirə salmaq da caiz deyil, bunu edən şəxs əgər həccə getmədən ölsə yəhudi və ya xristian kimi ölər müsəlman kimi ölməz. Allah hidayət edən və biləndir.
Sual: Mükəlləf borc edərək vacibi həcc və ya müstəhəb ümrə yerinə yetirməsi icazəlidir?
Cavab: Allahın adı ilə, Keçən illərdə həcc ziyarəti ona vacib olmuşdursa, üzrü olmadan getməmişdirsə bu halda həccə getməsi vacibdir. Hətta piyada getmək yolu ilə də olsa həcc etməlidir. Belə bir vəziyyətdə borc alaraq və borcu qaytarmaq əzmi ilə həcci etməsi lazımdır. Allah daha yaxşı biləndir,
Sual: Mən vacibi həccə getməyim üçün və İmam Hüseyn (ə)-ın ziyarətinə getmək üçün imkanım vardır. Hansını yerinə yetirməyim daha fəzilətlidir. İmam Hüseyn (ə)-ın ziyarətinə getməyim və ya Həccə getməyim düzgün sayılar? Əgər İmam Hüseyn (ə)-ın ziyarətinə getsəm gərəkdir ki yenidən Həcc üçün də pul tədarük edim. Xahiş edirəm yol göstərəsiniz.
Cavab: Allahın adı ilə, İlk olaraq vacibi həcci yerinə yetirməyin vacibdir. Allah daha yaxşı biləndir.
Sual: Əgər bir insan həccə getmək üçün kifayət edəcək məbləğə sahibdirsə, lakin həccə getmək üçün yığdığı pulun xümsünü verməyib həcci yerinə yetirdikdən sonra xümsü ödəməsi caizdir? Mərcei təqlidin vəkilinə bu barədə xəbər vermək və ya həccdən sonra ödəməsi üçün icazə alması caizdir?
Cavab: Allahın adı ilə, Mərcei təqlid müctəhiddən bir başa və ya vəkilin vasitəsi ilə icazə alınmalıdır. Azda olsa xümsündən bir miqdar ödəyib həccə getməlidir. Allah daha yaxşı biləndir.
Sual: Mən doktorantura müdafiə edirəm. Bu il həcc üçün keçirilən lotereyada iştirak etmədim. Çünki bu ilki, həcc mövsümü mənim imtahan verəcəyim vaxta təsadüf edir. Bu həcc üçün imkan olmadığı üçün şəri üzr hesab olunur?
Cavab: Allahın adı ilə, Əgər narahatçılığa səbəb olacaqsa, vacib deyil. Allah daha yaxşı biləndir.
Sual: Mən Səudiyyə Ərəbistanda yaşayıram. Hər il həccə getməyi sevirəm. Lakin qanunlar buna icazə vermir. Yalnız 5 ildə 1 dəfə həcc etmək olar. Sualım budur ki, mən tikişli paltar geyinərək məkkəyə gedə bilirəm. Mənim tikili paltar geyindiyimi görən güc strukturları mənim Məkkə sakini olduğumu düşünüb məni şəhərə buraxacaqlar. Daha sonra tikili paltarları çıxarıb həcci tamamlaya bilərəm. Yaxud başqa yollarla Məkkəyə daxil ola bilərəm ki, bu yollara güc strukturları nəzarət etmirlər. Bu cür mənim həcc etməyim icazəlidir?
Cavab: Allahın adı ilə, Ehramı və təlbiyəni miqatda etməlisiz. Əgər güc strukturlardan qorxu varsa təhlükə aradan gedənə qədər tikili paltarda qala bilərsiz. Siz tikili paltar geyindiyinizə görə kəffarə ödəməlisiz. Allah daha yaxşı biləndir.
Sual: Əgər bir şəxs bir neçə şəxsi diyənin vacib olduğu qırmızılıq zahir olan formada vurub. Diyəni dərhal ödəməlidir? Əgər ödəsə həccə getmək imkanı olmayacaq?
Cavab: Allahın adı ilə, Diyəni ödəmək bu sualda göstərilən formada dərhal baş verməlidir. Əgər diyəni ödəməklə həcc eləmək imkanı aradan gedəcəksə bu hal da ona həcc vacib olmayacaq. Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra