Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Əgər Müfrədə ümrəsi üçün zil qədə ayının axırında ehram bağlaya və nisa tavafından başqa əməlləri zil qədədə yerinə yetirə və Məkkədən çıxa və zil hiccə ayında əvvəlki ümrəsindən qalmış nisa təvafını yerinə yetirmək üçün Məkkəyə daxil olmaq istəsə, burada: 1- Ona ehram bağlamaq vacibdir? Və yaxud onun ümrəsindən qalmış cüzi ona Məkkəyə ehramsız daxil olmağa icazə verir? 2- Nisa təvafının öz tərəfindən olması və ya başqa bir şəxs tərəfindən olmasında hökm fərq edir?
Cavab: Cavab: 1/ Allahın adı ilə, Bəli ona fərz olunan sualda ehram bağlamaq vacibdir. Və bil həqiqətən nisa təvafı nə həccin və nədəki ümrənin cüzidir, yalnız o ehramla haram olmuş qadınlardan ləzzət almağı halal etmək üçün bir yoldur. Allah alimdir. Cavab: 2/ Allahın adı ilə, Onda fərq yoxdur. Allah alimdir.
Sual: (Ümrənin) hökmü nədir? (Həccə) imkanı çatmayıb amma ümrə ziyarətinə getməyə imkanı çatan şəxsin hökmü nədir?
Cavab: Allahın adı ilə, Bil ey övladım mənim nəzərimdə həcc günlərindən başqa vaxt ümrə müfrədəni yerinə yetirməyə ömründə bir dəfə imkanı olan şəxsə vacibdir, həqiqətən dünyanın hər tərəfindən gələn şəxslərə ümrə təməttü vacibdir. Əgər insan öz ümrəsini yerinə yetirməsə ona birinci öz tərəfindən yerinə yetirməsi vacibdir. Sonra isə istədiyi Allahın hər hansı saleh bəndələrindən birinin əvəzindən yerinə yetirsin. Allah alimdir.
Sual: Mənim əvvəlcədən iş müqaviləm var, onu Məkkə əl Mükərrəmədə yerinə yetirməyim lazımdır. Bəzən ümrə ziyarətini yerinə yetirməyim çətinləşir, üzürlü olur və ya mümükün olmur. Bu halda hökm nədən ibarətdir?
Cavab: Allahın adı ilə, Əgər Məkkədə olduğu vaxt ərzində gecə və gündüzün bütün saatlarında ümrə ziyarətini yerinə yetirmək üzürlüdürsə, səndən ümrə ziyarətinin təklifi götürülür. Bil həqiqətən ümrə ziyarəti iki və ya üç saatdan çox vaxt istəmir. Ümrə ziyarəti, təvaf, təvaf namazı, səy, təqsir və nisa təvafı və namazından ibarətdir. Allah hidayət edən və biləndir.
Sual: Müfrədə ümrəsində təqsiri yerinə yetirərkən mükəlləf özü yerinə yetirə bilər? yoxsa başqası tərəfindən yerinə yetirilməlidir?
Cavab: Allahın adı ilə, Hər 2 yolla da yerinə yetirə bilər. Yalnız başqası yerinə yetirərsə ehram halında olmamalıdır. Ehram da olan şəxs digər ehram da olan şəxsi təqsir edə bilməz. Allah daha yaxşı biləndir.
Sual: Əgər müfrədə ümrəsi üçün ehrama girən şəxs səydən öncə cima edərsə, ümrəsini tamamlamalı və 1 ay Məkkədə qalması və ardıyca ümrə yerinə yetirməsi vacibdir: 1)-Əgər 1-ci ümrəni yerinə yetirdikdən sonra 1 ay Məkkədə qalmazsa, və 2-ci ümrəni yerinə yetirməsə, üstündən aylar keçərsə, bu halda şəxsin üzərinə vacib olan nədir? Nə vaxt olur olsun Məkkəyə getdiyində 1 ay qalıb 2-ci ümrəni yerinə yetirməlidir? Yoxsa 2-ci ümrəni istədiyi zaman yerinə yetirə bilər? 2)-2 ümrənin arasında o, ehramda olan hesab olunur? 3)-2 ümrə arası nikah əqdi kəsdirə və cima edə bilərmi? 4)-2-ci ümrəni yerinə yetirməmiş vacibi həcci yerinə yetirə bilərmi?
Cavab: Allahın adı ilə, Bu verilən sual da şəriət ümrəni etməyi bütün aylarda icazə verir. Mükəlləf ümrənin qəzasını istədiyi ayda gedib yerinə yetirə bilər. Kəffarə həmin şəxsə vacibdir. Onun barəsində öz yerində qeyd etmişik. Allah daha yaxşı biləndir. 2)-Allahın adı ilə, 1-ci ümrədə təqsiri yerinə yetirdikdən sonra muhrim (ehram halında) hesab olunmayacaq. Allah daha yaxşı biləndir. 3)-Allahın adı ilə, 1-ci ümrədə təqsiri (başın tükündən bir miqdar götürmək) yerinə yetirdikdən sonra edə bilər. Allah daha yaxşı biləndir. 4)-Allahın adı ilə, Bəli yerinə yetir bilər. Əməli səhihdir. Allah daha yaxşı biləndir.
Sual: Müfrədə ümrəsində başın qırxılması barədə təlimat nə cürdü? Başı tamami ilə qırxmaq lazımdır?
Cavab: Allahın adı ilə, Müfrədə ümrəsində ehramdan çıxmaq üçün təqsir və ya həlq etmək icazəlidir. Allah daha yaxşı biləndir.
Sual: Müfrədə ümrəsi edən şəxs başqasının naibi olaraq 1 ay ərzində 1 dəfədən daha çox ümrə yerinə yetirə bilərmi?
Cavab: Allahın adı ilə, Caizdir. Lakin 1 nəfərin bunu etməsi səhih deyil. Allah daha yaxşı biləndir.
Sual: Qadın ehramsız ümrə yerinə yetirməsi caizdir?
Cavab: Allahın adı ilə, Qadının ehramı niyyət etməsi, və təlbiyyə etməsidir. Tikili paltarda qalması isə icazəlidir. Allah daha yaxşı biləndir.
Sual: Biz Həccə və Ümrə heyyəti idarəsindən rəsmi icazə almış şirkətik. Bizim ofisimiz Misan şəhərindədir. Biz buradan möminləri Ümrə ziyarətinə və digər ziyarətgahlara aparırıq. Ümrə ziyarətinin qiyməti isə 1100 dollardır. Bir çox insanın imkanı olmadığından belə bir kampaniya başlatmışıq, şirkət və şəxs arasında müqavilə bağlamaqla ilk öncə şəxs 400 dollar ödəyib bizlə ümrəyə gedir. Yerdə qalmış miqdarı isə aylıq 100 dollar olaraq ödəyir. Bunu etməyimiz icazəlidir? Bu cür ümrəyə gedən şəxsin ümrəsi səhihdir?
Cavab: Allahın adı ilə, Bu işi görməyin eybi yoxdur. Ümrə edən şəxsin ümrəsi isə səhihdir. Allah hidayət edən və biləndir.
Sual: Rəcəb ayının ümrəsi kimi tanınan və hədislərdə həccdən sonra ən fəzilətli ümrə kimi gələn rəcəbiyyə ümrəsi barədə rəyiniz nədir?
Cavab: Allahın adı ilə, Məsumlardan gələn rəvayətlərə əsasən Rəcəb ayının ümrəsinin əcri daha çoxdur. Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra