Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Təvafı 2 vuqufdan qabağa salmağın meyarı nədir? izdihamdan qorxaraq qabağa salmaqdan məqsəd nədir?
Cavab: Allahın adı ilə, İzdihamdan qorxmaqdan məqsəd budur ki, hacının zəiflik, qocalıq, xəstəlik, səbəbindən təvafı yerinə yetirə bilməməsidir. Amma təvafı qabağa salmağın barəsində mənasikul həcc kitabında geniş izah vermişik. Allah daha yaxşı biləndir.
Sual: Möminlərdən biri müfrədə ümrəsi üçün ehram bağlamış lakin yerinə yetirdiyi əməllər (dəstəmaz və namaz kimi) düzgün olmamışdır. Bu onun öz təqsirindən baş vermişdir. Daha sonra həcc qrupu ilə həccə getmiş və əməllərin hökmlərini düzgün öyrənmişdir. Lakin müfrədə ümrəsini yerinə yetirməmişdir. Təməttö ümrəsi üçün ehram bağlamış və həcc yerinə yetirmişdir. Onun həccinin hökmü nədir?
Cavab: Allahın adı ilə, Həcci səhihdir. Müfrədə ümrəsi üçün nisa təvafını yerinə yetirməlidir. Allah dah yaxşı biləndir.
Sual: Bir şəxs həcc və ümrəni təvaf etmədən edəndən sonra icazəli olmadığını bilərsə, bu şəxs nə qədər kəffarə ödəməlidir?
Cavab: Allahın adı ilə, Həcc və ümrə batildir. Əməlləri yenidən etməlidir. Allah daha yaxşı biləndir.
Sual: Kəbənin ətrafından 13 metr uzaq da təvaf etməyim icazəlidir?
Cavab: Allahın adı ilə, Vacibi təvafı məqami ibrahimin etməyə qüdrəti olan şəxsin məqami ibrahimin xaricindən etməsi caiz deyil. Çətinlik və şiddət (izdiham) səbəbindən məqami ibrahimin xaricindən etmək caizdir.
Sual: Əgər mükəlləf müəyyən bir səbəbə görə təvaf üçün özünə naib tutarsa, Məsələn təvafın batil olduğunu məkkədən çıxdıqdan sonra batil olduğunu bilərsə və geri dönməyə imkanı olmasa, aşağıda zikr edcəyim 2 halda tutduğu naib təvaf edib namaz qılacaq, yoxsa təkcə təvaf edəcək namazı özü qılacaq: 1)-Əgər Məkkə şəhərindədirsə, təvaf etməkdə acizdir lakin namazı qılmağa imkanı varsa? 2)-Əgər Məkkənin xaricindədir bu halda nə cür olunmalıdır?
Cavab: Allahın adı ilə, 1)-Əgər naibin namaz qılmağa imkanı varsa, namazı qılmalı sonra səfa və mərvə arasında özü və ya naibi səy etməlidir. Allah daha yaxşı biləndir. 2)-Allahın adı ilə, Əgər Məkkə şəhərinin xaricindədirsə, təyin etdiyi naib təvaf və namazı yerinə yetirəcək. Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra