Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: İbrahim peyğəmbərin (ə.s) məqamı namaz qılanın solunda, İsmail peyğəmbərin (ə.s) daşı ilə üzbəüz olan yerdə (kişilər üçün) təvaf namazı düzgündürmü? Qeyd edim ki, əvvəlki yerdə namaz qılmaq qadağandır?
Cavab: Allahın adı ilə. Əgər məqamın arxasında namaz qılmağa imkan yoxdursa, Məscidül-Həramın içində imkan çatan yerdə təvaf namazını qılmaq səhihdir. Allah daha yaxşı biləndir.
Sual: Əgər özünün təvaf etməsindən aciz olan şəxsi ikinci mərtəbədən təvaf etdirsələr, ikinci mərtəbə kəbədən hündürlükdə aşağıdır, həmən mərtəbədə qılınan namazla kifayətlənəcək? Əgər yerlə bərabər olan mərtəbədə məqamın arxasında namaz qılmağa imkanı çatmasa onun hökmü nədir?
Cavab: Allahın adı ilə, Əgər təvaf edən şəxsin ayaqları kəbənin divarlarından hündür və ya bərabər deyilsə bu halda yuxarı mərtəbədən təvaf etməyin maneəsi yoxdur, və eləcədə məqamla kəbə müşərrəfənin arasından təvaf etməkdən acizdirlər, məqamın arxasından təvaf etməkdə heç bir maneə yoxdur. Amma ikinci mərtəbədə və ya yerdə namaz qılmaq hər bir halda səhihdir. Allah daha yaxşı biləndir.
Sual: Bir şəxs ümrə müfrədəni üç dəfədən çox yerinə yetirə, amma sonradan ona məlum ola ki, əvvəlcədən dəstamazı səhih deyildi, onun ümrəsi səhihdir yoxsa batil? Əgər ümrəsi batildirsə o indiyə kimi ümrə müfrədəni yerinə yetirənə qədər ehramda qalır?
Cavab: Allahın adı ilə: Onun ümrəsi batildir, o ehramında qalır. Ona özünün ümrəni tam şəkildə yerinə yetirənə qədər və yaxud imkan edə bilməsə naib tutaraq yerinə yetirənə qədər haram olan şeylərdən çəkinmək vacibdir. Allah daha yaxşı biləndir.
Sual:Bir şəxs üç dəfədən çox həccə gedə lakin ona məlum ola ki, onun həcci və ya dəstamazı əvvəlcədən düzgün olmayıb, onun əvvəlki həcci düzgündür yoxsa batil?
Cavab:Allahın adı ilə, Əgər məlum olma onun dəstamazının düzgünlüyünə təsir edirsə necə ki, sualda fərz olunan budur, onun həcci batildir. Və ona təzələmək lazımdır. Allah alimdir.
Əvvəl
1
Sonra