Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Xəstəlikləri təhqir etmək icazəlidir ya səbr edib onun müalicə yolları axtarılmalıdır? Çünki, bəzi insanlar bir xəstəliyə yoluxur və müalicə edirlər amma sağalmırlar və yaxud sağalırlar, lakin, xəstəlik yenidən qayıdır. Və o, bu xəstələyin şiddətli olduğunu görüb onu söyür. Bu xəstəliyi rəhmət yox bəla kimi qələmə verir. Bu şəxs, xəstəlik üzündən söyüş söyüb, təhqir etdiyinə görə günah işlətmir ya bir müddət sonra olsa belə, xəstəlik sağalana qədər səbr etməyib söyüş və təhqir etdiyinə görə günah işlədir? Xəstəliyə səbirli olmağın şəri hökmünü bilmək istəyirik.
Cavab: Allahın adı ilə. Oğlum, bil ki, mömin bacardıqca özünü və dilini təhqirdən təmiz saxlamalıdır. Təhqir xəstəliyi uzaqlaşdırmır, çünki, onu uzaqlaşdıran şəfadır və o, uca Allahdandır. O ki qaldı bəlanın Allahdan olduğunu deməyə, bu, təhqir deyil!
Sual: Açıq-saçıq geyinən qızlara lənət oxumaq olar.. Bu zamanlarda üzə çıxan çoxlu açıq-saçıq iraqlı müsəlman qadınlar var. Məsələn, açıq-saçıq müsəlman xanımlar müəyyən şirkətlərin reklamında görünür və ya verilişlərdə televiziya ekranlarında görünür. Evdə oturduğum halda onlara Allah lənət etsin kəlməsi ilə lənət oxumaq caizdir?
Cavab: Allahın adı ilə, Lənət etmək caiz deyil, sənə onların hidayəti üçün dua etmək lazımdır, Lənət oluna bilənlər zalımlar, İslam düşmənləri, Əhli-beyt düşmənləri və ya möhtərəm bir nəfsin qatili və s. Bu itaətsizlərin haqqında Allahın peyğəmbəri İbrahim (ə) və nəvəsi İsa ibn Məryəm (ə)-ın sünnəsidir necə ki, Quran kərimdə qeyd olunub. Allah hidayət edən və biləndir.
Sual: Mömindən və ya müsəlmandan başqa bir şəxsi təhqir etmək üçün ədəbsiz (söyüş söymək) söz danışmaq caizdir?
Cavab: Allahın adı ilə. Caiz deyil. Allah daha yaxşı biləndir.
Sual: Sosial şəbəkələrdə, möminlərə təhqir olmadan ədəbsiz sözlər (söyüş) yazmaq caizdir?
Cavab: Allahın adı ilə, Əgər orda bir mömin oxusa və ya qulaq assa və onun hökmünü bilsə (söyüş) haramdır. Allah daha yaxşı biləndir.
Sual: Öz xanımı ilə, ləzzət almaq üçün məsələn, ədəbsiz danışmaq caizdir?
Cavab: Allahın adı ilə. Əgər sözlər ər-ərvadın özündən kənara çıxmırsa heç bir eybi yoxdur. Allah hidayət edən və hər şeyi daha yaxşı biləndir.
Sual: Nadir halda və ya adət edərək, heç bir şəxsi təhqir etmədən, zarafata və ya boş boşuna ədəbsiz söz (söyüş söymək) danışmaq haramdır?
Cavab: Allahın adı ilə. Caiz deyil. Allah daha yaxşı biləndir.
Sual: Heç bir şəxsin eşitmədiyi təqdirdə, ədəbsiz söz (söyüş söymək) danışmaq caizdir?
Cavab: Allahın adı ilə. O, sözlə kimisə təhqir etmirsə caizdir. Amma hədislərdə bizə gələn bu məzmun budurki, mömin ədəbsiz söz danışmaz (söyüş söyməz). Allah hidayət edən və hər şeyi daha yaxşı biləndir.
Əvvəl
1
Sonra