Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Hansı günah çox böyükdür, zina etmək yoxsa ağ valideyn olmaq?
Cavab: Allahın adı ilə, Zina daha böyükdür. Allah daha yaxşı biləndir.
Sual: Valideynlərə mütləq şəkildə itaət etmək vacibdir və ya müstəhəb və yaxud onlara əziyyət etmək haramdır və onlara itaət etmək vacib deyil? Ağ valideynin həddi nədir, yəni nə zaman övlad ağ valideyn olur? Əgər övlad alimlərdən olsa və ata isə avam olsa övlada dünyavi işlərdə atanın səhv etdiyini bildiyi yerlərdədə itaət etməsi lazımdır?
Cavab: Allahın adı ilə, Amma mübah yerlərdə hansı kı, heç bir ünvanla vacib olmur bu yerlərdə valideynlərə itaət etmək vacibdir, Allahu Təalanın bu ayəsinə görə: (Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al). Amma onlara əziyyət etmək əgər Allaha itaət etməkdədirsə heç bir narahatçılığı yoxdur vacibi elmi öyrənmək kimi və şagirdin gecələri səhərə qədər dərs oxumağı və çalışması, və əgər valideynlər onu sevgi və mərhəmətə görə qadağan edirsə ona vacibatı tərk etmək caiz deyil. Bunların heç birisində istər valideynlər alim olsun istər olmasın heç bir fərqi yoxdur. Allah alimdir.
Sual: Əgər atam üzümü qırxmağı əmr etsə mənə onu qırxmaq lazım olar?
Cavab: Allahın adı ilə, Şərafətli ayə Allaha üsyan etməkdə valideynlərə itaət etməyi qadağan edir, Əgər haram olan bir işə əmr olunsa sənin valideynlərinə ona əmr etmələri caiz deyil və sənə o işdə itaət etməyin caiz deyil. Allah alimdir.
Sual: Övlada Şəairul hüseyniyyəni yerinə yetirməkdə valideynlərinin əmrlərinə tabe olmaq vacibdir misal olaraq daha asan bunu qeyd edək ata ana övladlarından hüseyniyyəyə getməməyi tələb edirlər oğula valideynlərinin bu işə qani olmamalarına görə baxmayaraq ki, onlar əhli beyt (ə) davamçılarıdır onlara itaət etməsi vacibdir?
Cavab: Allahın adı ilə, Əgər qadağan etmələri övladının həyatına görədirsə və ora getmək hətta ikinci ünvanlada vacib deyilsə yalnız bu zaman övlada valideyinlərə itaət etmək vacibdir. Allah alimdir.
Sual: Əgər oğlanın məsələn bir parça parçası olsa, ana və arvadının hər ikisidə ona ehtiyacı olsa hər iki tərəfin ədalət və hüquqlarını qorumaq üçün bu parçanı kimə verəcək?
Cavab: Allahın adı ilə, Ehtiyaclını ehtiyacsızdan qabağa salacaq. Allah daha yaxşı biləndir.
Sual: Valideynlərin hər ikisinin kafir olduğu halda onlara ağ valideyn olmağın hökmü nədir? Hər ikisinin kafir olmadıqları təqdirdə hökm fərqli olacaq?
Cavab: Allahın adı ilə, Hökm fərqli deyil ağ valideynlik caiz deyil. Həmçinin, onlara Allaha üsyan etməkdə itaət etmək vacib deyil. Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra