Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: İmam Hüseyn (ə): Kim Allaha ibadətə layiq olduğu kimi ibadət etsə, Allah ona öz istək və kafiliyindən artığını verər.
Cavab: Allahın adı ilə, İnsan ibadət etməmişdən öncə gərək ibadətin mənasını başa düşsün çünki çox vaxt itaət və ibadət arasında hal və məna qarışıq düşür və xəyal edirki həqiqətən vacib və müstəhəbləri yerinə yetirib və haramlardan çəkinmək ibadətdir və bu düzgün deyil ibadətin əvvəli yalnız xüzu və xüşudur. Çünki insanlar bütlərə, günəşə, aya və kainatda başqa şeylərə ibadət edib və bu şeylərin əmrlərinə və nəhylərinə itaət etmədilər necəki Allahu təala buna işarə edir (İbrahim) dedi: “Elə isə Allahı qoyub sizə heç bir fayda və zərər verə bilməyən (bütlərəmi) tapınırsınız?) Və (De: “Allahı qoyub sizə nə bir zərər, nə də bir xeyir verən şeylərəmi ibadət edirsiniz? Halbuki Allah (hər şeyi) eşidəndir, biləndir!”) deməli ibadət xüzu, təvazökarlıq, əmr və nəhylərə imtisal etməkdir və ağıllı insan ibadət etdiyinə xüzu və təvazökarlıq etdikdən sonra ona mültəzim olar, və mümkündür ki deyilsin həqiqətən bu itaətlər bunları edəni ibadət, xüzu və təvazökarlığını bildirir və orada çoxlu mübarək ayələrin məzmunu bütlərə və kainatda başqa şeylərə ibadət edənlərdən heç bir şeyə fayda və ya zərər verə bilməyəcəklərinə etiraf etdirməkdir. Bəli həqiqi ibadətə bizim qeyd etdiyimiz mənada çatmaq üçün mərifətdən aslıdır və ona iki yol vardır birinci yol oda insanların çoxu üçün mümkündür o xaliqi tanımağa məxluqata nəzər etməklə əldə olur və ayələr bu cür mərifətə qasir və müqəssirləri mərifətin ikinci mənasına çağırır Allahu təalanın buyurduğu kimi (Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır? Göyə (baxmırlar ki) necə ucaldılmışdır? Dağlara (baxmırlar ki) necə dikəldilmişdir? Və yerə (baxmırlar ki) necə döşədilmişdir?) Və İbrahim (ə) Nəmruda dediyi (“Şübhəsiz ki, Allah Günəşi şərqdən gətirir. Sən də onu qərbdən gətir!” – demiş, həmin vaxt o kafir donub qalmışdı. Allah zalım qövmü doğru yola yönəltməz!) Bu cür mərifət bir az ağlı olan hər bir şəxsdə vardır. İbadətin ikinci mənası Allahu təalanı ondan başqa heç bir şeylə vəsiləsiz tanımaqdır və bu mərifət həqiqi mərifətdir və quluna bəzən Allahu təala buna əmr edir necəki Hədis qüdsidə belə qeyd olunub (Mən gizli kənz idim istədim tanılam yaranmışları tanınmaq üçün yaratdım -mənanı nəql etmək-) Rövzətul-Müttəqin c/2 s/710, Biharul-Ənvar c/84 s/344, Mazandaraninin Şərh Usul Əlkafi c/1 s/229, Vəsail Əl-Muhəqqiq əl-Kərəki c/3 s/159, Məşariq Ənvar əl-Yəqin s/39, Əmirəl-möminin (ə)-dan hədisdə nəql olunub (Casiliq dedi .. Mənə xəbər ver Allahı Muhəmməd ilə tanıdın yoxsa Muhəmmədi Allahu təala ilə tanıdın? Əli bin Əbu Talib (ə) buyurdu Allahı Muhəmməd (s)-lə tanımadım lakin Muhəmmədi o, zamanki yaratdı və onda uzunluq və enlik hədd təyin etdi Allahu təala ilə onu tanıdım və bildimki həqiqətən o yaradılmışları dəlil, iradə və ilham ilə idarə edir necəki mələkləri itaətinə ilham edərək Özünü onlara oxşarlıq və ya keyfiyyətlə tanıtmadı) Şeyx Səduqun Tövhidi s/287 h/4. Mərifətin bu qismini insan nəfs və paklığla əldə edə bilər. Mərifətin bu qisminə alimlərin sözündə belə işarə edilir əgər o, tozdan təmizlənmiş, əşyaların surətlərinin əks olunduğu aydın bir güzgüdürsə, eynilə insanın nəfsi pak olarsa, ruhun paklığına və paklığına görə Yaradanın nəfsi də ona aşkar olar. Və məlumdurki misal bir cəhətdən yaxınlaşdırır və digər tərəfdən isə uzaqlaşdırır. Allah hidayət edəndir.
Sual: (Əsəd əl-Ğabə) kimi bəzi mənbələr həqiqətən Abdullah bin Ömərin besətdən bir il əvvəl dünyaya gəldiyini qeyd edir. Sual: Abdullah adı ərəblər arasında istifadə olunurdu çünki Allahın adı bildirir ki, bəndəlik Allahu təala üçündür, o zaman hələ Peyğəmbər (s) göndərilməmişdir?
Cavab: Allahın adı ilə, Bil ey övladım həqiqətən müşriklərin çoxlarının inancları bütlər onlarla Allahu Təalanın arasında vasitə idilər. Onların çoxları Allahın varlığına inanırdı və Ona və başqasına ibadət edirdilər və ona görə onlara müşrüklər deyilirdi, və ona görədə Məkkə şəhərinin böyüklərinin Peyğəmbər (s)-in ziddinə lənətlənmiş (bədbəxt) ittifaq belə başlayırdı: Sənin adınla ey Allahım. Allah hidayət edən və biləndir.
Sual: Bəzilərinin İslamın üç əsası olduğunu dediyini eşitdim onlar tövhid, nübüvvət və məad. Və başqa bir dəstə isə belə deyir islamın beş əsası var bunlar tövhid, ədl, nübüvvət, imamət və məad. İslamın ilk üç əsasına iman gətirən şəxslər müsəlmandır?
Cavab: Allahın adı ilə, Bil ey övladım, İslamın özündən bəzən məqsəd müsəlmanın canı, namusu və malının toxnulmamazlığıdır, İslamın bu mənası üç əsasa iman gətirməklə tövhid və onun əlavələri, nübüvvət və onun əlavələri və məad və onun əlavələridirki, bununla həyata keçir. İslamın ikinci mənası qiyamət günü qulun çətinlikdən xilas olması onunla olacaq, İslamın beş əsası var: tövhid və onun əlavələri, ədl və onun əlavələri, nübüvvət və onun əlavələri, imamət on iki İmam (ə) və onun əlavələri və qiyamət günü məad və onun əlavələri. Allah hidayət edəndir.
Sual: Şeytanın Allaha qarşı çıxdıqdan sonra, Allahın izzət və cəlalına and içməyinin mənası nə idi?
Cavab: Allahın adı ilə. Lənətlik Şeytan Allahın əmrindən boyun qaçırtmaqla Allaha üsyan etdi. Amma Allaha küfr etmədi yəni Allahın varlığına, qüdrətinə, izzətinə və cəlallığına imanını tərk etmədi. Yalnız əmrinə itaətsizliklə küfr etdi, bu o, şəxsə bənzəyir ki, əsgərlərdən biri öz komandirinin əmrinin əksini etsin, bilməməzlikdən və ya özünü bilməməzliyə qoyaraq və yaxud üsyan eləsin. Lakin onun komandanlığını inkar etmir. Hidayət edən Allahdır.
Sual: Necə olur ki, mömin Allahın təkliyinə inanır və ona şərik qoşmur. Lakin bəzən şeytan ona, Allahdan başqasına ibadət etdiyini misal: (Əhli beytin (ə) şəfaəti) şeytan ona vəsvəsə edir. 1)-Belə bir zikr varmı, Əhli beyt (ə)-ın şəfaətinə inanmaqdan öncə Allahın təkliyinə möhkəm etiqad üçün qəlbinə bu cür vəsvəsələr gəlməməsi üçün edilsin? 2)-Bəzi dualar və zikrlər var ki, mömini tövhidə dəvət edir daha sonra Əhli beyt (ə)-dan bir hacətin həyata keçməsi üçün vəsilə seçilir. Bu halda, mömin yəqinə çatır ki, Allah onun hacətini Əhli beyt (ə)-ın şəfaətinə görə əta etdi. Allahın əta etdiyinə inanır. Həyata keçən bir hacətin Əhli beyt (ə)-ın deyil Allahın verdiyinə inanır?
Cavab: Allahın adı ilə, Tövhid və mənası bu kəlmədə (La ilahə illəllah) kəlməsində öz əksini tapıb. Peyğəmbər (s) və bütün peyğəmbərlər və Əhli beyt (ə) imamları insanları tövhidə səsləyir. Əşhədu ən la ilahə illəllah və əşhədu ənnəhu vəhdəhu la şərikə ləhu (Şəhadət verirəm Allahdan başqa ibadətə layiq birisi yoxdur, və təkdir şəriki yoxdur.) Bu kəlmə ilə də daha aydın izah olunur. Amma Peyğəmbər (s) və Əhli beyt (ə)-ın şəfaətinə etiqad edərkən onların Allahın saleh bəndəsi olduğunu və Allahın onlara şəfaət etmək səlahiyyəti əta etdiyinə etiqad olunmalıdır. Onlar Allahın razı olduqları işdə şəfaət edərlər. Allah hidayət edəndir.
Sual: Mükəlləf üçün şərtdir ki, Usuliddinə (Tövhid, Ədl, Nübüvvət, İmamət, Məad) və əsas məsələlərə yəqin və əminliklə təsdiq etməsi şərtdir? Yoxsa şəkk və zənn olması kifayət edir? Bu barədə müxtəsər də olsa dəlil varsa deyərdiniz?
Cavab: Allahın adı ilə, Mükəlləfə vacibdir ki, İslam əqidə əsaslarını (Tövhid, Nübüvvət, Məad) həmçinin İmamət barədə yəqinə çatsın. Zənn etmək kifayət etməz. Əgər yəqinlik hasil etməsə, (alimlərdən yəqinliyin hasil etmək üçün kömək istəmək yolu ilə olsa belə) səy etməsi vacibdir. Allah hidayət edəndir.
Əvvəl
1
Sonra