Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Məlumdur ki, Allah (c.c) adildir. Mən buna etiqad edirəm. Lakin bu barədə bir neçə sualım var. Bəzi insanlar dini muhitdə doğulub böyüyür və bu mühit onun üçün böyük bir fürsətdir ki, dinin göstərişlərinə əməl etsin. Həmçinin bəzi şəxslər var ki, fasiq muhitdə doğulur və yaşayır. Onun dinə əməl etməsi dini bilməməsindən və fasiq mühitin təsirindən baş verir. Bu hal da: 1)-Allah o, iki dəstə ilə eyni cür hesab və sorğu sual aparacaq? Əgər eyni cür olacaqsa, bu ədalətdən sayılırmı? 2)-Əgər bu iki dəstəni müxtəlif şəkildə hesab edəcəksə, xahiş edirəm fərqliliyi bəyan edərdiz? 3)-Allah 2-ci dəstəyə öldükdən sonra dəyişməsi üçün füsrət verərmi? Necə ki, 1-ci dəstəyə dünya da bu fürsəti əta etmişdir.
Cavab: 1)-Allahın adı ilə, Hər bir mükəlləfin hesabı etdiyi itaət və günah qədər olacaq. Aydındır ki, xeyrin mərkəzində yaşayan şəxsin hesabı şərr içində yaşayan şəxsin hesabı kimi olmağı lazım deyil. Allah daha yaxşı biləndir. 2)-Allahın adı ilə, Bu fərq ətraf mühitin, nəsilin və evlərin müxtəlifliyinə görə ortaya çıxır, Allah öz bəndələrini xüsusi şərtlərdə sınayar və vəziyyətlərinə və ətraflarına görə buna görə mükafatlandırar. Yuxarıdakı verilən cavaba müraciət edə bilərsən. Allah daha yaxşı biləndir. 3)-Allahın adı ilə, Bəzi rəvayətlərdə gəlmişdir ki, islam dəvəti ona yetişməmiş şəxslərə və fikri zəiflik üzündən islam dəvətinə imkan etməyən şəxslərə Allah qiyamət günündə onların öz iradələri ilə fitnə fəsaddan islahı seçmək fürsəti verəcəkdir. Allah daha yaxşı biləndir.
Sual: Deyilir ki, İslam dini insanları din seçməyə məcbur etmir. Niyə görə, kafirlərlə müharibə etməyi elan edir? Əgər bu baş verərsə, islam dini qılınc gücünə qəbul olunmuş sayılmayacaqmı?
Cavab: Allahın adı ilə, Ey oğul bilki, Allah Qurani Kərimdə buyurduğu: “Din də məcburiyyət yoxdur” müraciətinin mənası budur ki, din qəlbin etiqad etməsidir. O, yalnız qəlbin qənaət və inamı ilə hasil olur. Heç kəsin qəlbinə bir şeyə etiqad etmək üçün məcbur etmək mümkün deyil. Xarici aləmində olan hərəkətlərində, sözlərində, əməllərində məcbur etmək mümkündür. Ey oğul, sənin eşitdiyin, insanı din seçməyə məcbur etmək olmaz mənası bax budur. Lakin İslam dini, niyə şəriət hökmlərini bəşərə yerinə yetirməyi əmr edir? Ona görə ki, Allah insanı xəlq edib və onun üçün qanunlar qərar verib. Hər bir ölkənin idarəsində istifadə etdiyi qanunlar vardır. Ona əməl etmək bütün vətəndaşların vəzifəsidir. Həmçinin, Allah (c.c) bəşəri xəlq edib və ona qanunlar təyin edib. Hər bir qanundan daha düzgün olanı Allahın qoyduğu qanunlardır. Nə qədər ki, bəşər Allahın təkvini səltənəti altındadır bu qanunlar da aləmdə tətbiq olunmalıdır. Allah hidayət edən və biləndir.
Əvvəl
1
Sonra