Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Allah Təala buyurub: (İbrahim bunu (müsəlman olmağı) öz oğlanlarına vəsiyyət edib: “Ey oğlanlarım,) Peyğəmbərin (ə) vəsiyyəti əmrdir yoxsa fəqət tövsiyədir?
Cavab: Allahın adı ilə, Kəlimədə tövsiyyə və əmr var, çünki möhtərəm ayənin sonu (“Ey oğlanlarım, həqiqətən, Allah sizin üçün (belə bir) din (islam dini) seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz!”). Allah daha yaxşı biləndir.
Sual: Belə görsənir ki, Allahın peyğəmbəri Lut (ə)-ın çox sayda qızları var idi buna görə də öz qövmünə xitab etdi ((Lut onlara) dedi: "Ey qövmüm! Bunlar (balalarım və ya ümmətimin qadınları) mənim qızlarımdır (onlardan şəriətə müvafiq surətdə istifadə edin). Onlar (nikah baxımından) sizin üçün daha təmizdirlər)?
Cavab: Allahın adı ilə, Qızlar (bənat) kəlməsi qız (bint) sözünün cəmidir üç və üçdən çoxuna şamil olur. Haradan bildin ey övladım Onun (ə) çoxlu qızları var idi. Allah hidayət edəndir.
Sual: Peyğəmbər (s) neçə dəfə həcc etmişdir?
Cavab: Allahın adı ilə, Hicrətdən sonra 1 dəfə etmişdir. Amma hicrətdən öncə Peyğəmbər (s) və Allah özü bilir ki, neçə dəfə olub. Allah hidayət edəndir.
Sual: Adəm (ə)-a kəlmələr öyrədildi və onla tövbə etdi arasında bağlantını başa düşmürəm. Mümkünsə izah edərdiniz?
Cavab: Allahın adı ilə, Kəlmələr öyrədildi cümləsindən məqsəd budur ki, Allah Adəm (ə)-a kəlmələr barədə xəbər etdi və ona öyrətdi. Bununla Adəm (ə) tövbə yolunu bildi və bu kəlmələr vəsiləsi ilə tövbə etdi. Tövbədən məqsəd isə, bəndənin Allaha tövbə etməsidir. Bu kəlmələrlə təvəssül edərək Allahın buyurduğu kimi əməl etdi. Adəm (ə)-ın tövbə etməsi Allahın ona verdiyi mükafat idi. Necə ki Quran ayəsi buna işarə edir: (Həqiqətən Allah Adəm və Nuhu seçdi.) Allah hidayət edən və hər bir şeyi biləndir.
Əvvəl
1
Sonra