Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: 1) Bəziləri ağlayan uşaqlar üçün duadan bəhs edir və biz belə bir şeyin olub-olmadığını bilmirik. 2) Həmçinin, imam Baqir (ə.s) İmam Əmirul-muminindən (ə.s) rəvayət edir ki, ağlamağı çoxalan uşaq, gecələr qorxan adam, qadın və.s üçün bir dua vardır. "Beləliklə, biz onlara o mağarada bir neçə il ağır bir yuxu hakim etdik. Sonra o iki (müxtəlif) dəstədən hansının (mağarada) qaldıqları müddəti daha düzgün hesablamalarını bilmək (və bizim əzəli elmimizin gerçəkləşməsi) üçün onları (yuxudan) oyatdıq". Bu rəvayət doğrudurmu və əgər doğrudursa, bu o deməkdirmi ki, uşaq ağrıdan, aclıqdan şikayət etmirsə, yalnız çox ağlayırsa, onu susdurmağa kifayət edəcək bir dua var? Həmçinin, rəvayətdə qeyd olunmayan, uşağı susdurmaq üçün başqa bir dua varmı?
Cavab: Allahın adı ilə, Oğlum, İmamiyyə fəqihləri, dualar və ictimai ədəb qaydalarından bəhs edən rəvayətlər əgər imamiyyənin nəzərində etibarlı olan mənbədə mövcüd olarsa, onları qəbul etməyə qərar vermişlər. Oğlum, İmamiyyənin təcrübə etdiyi “Tuhfətur-Rəzəviyyə”, Kəfəminin “əl-Misbah”, İbn Tavusun “Muhəcid-dəəvat" və Qumminin "Məfatihul-Cinan" kimi dua kitablarını nəzərdən keçirə bilərsən! Allah müvəffəq edəndir.
Sual: İnsanı cansıxıcılıqdan uzaq tutan bir dua varmı? Çünki, bəzi vaxtlar insan özünü cansıxıcı hiss edir. Məsələn, insan bağda əyləşir, yorulur. Sonra kitab oxuyur yorulur. Habelə gün bitir. Cansıxıcılıqdan uzaq durmaq üçün dua varmı? Bilindiyi üçün daralmağı və narahatlığı nəzərdə tutmuram, cansıxıcılığı nəzərdə tuturam. Çünki bəzən bağda oturur və ya televizora baxır və çox sıxılır. Çünki, Allahdan kömək istəmək rəvayətində Allahın Rəsulu (s.ə.v.s) buyurub ki, "Dua ilə bizə fəallıqla lütf et və bizi uğursuzluqdan, tənbəllikdən, acizlikdən, xəstəlikdən, zərərdən, darıxmaqdan və cansıxıcılıqdan əfv et!" Rəvayətin sonunda cansıxıcılıq qeyd olunub. Əgər rəvayət doğrudursa, bu duanı oxusa, cansıxıcılıqdan uzaq olar, ya rəvayətdə qeyd olunan bu duadan başqa bir dua da var?
Cavab: Allahın adı ilə, İmamiyyə fəqihləri, dualar və ictimai ədəb qaydalarından bəhs edən rəvayətlər əgər imamiyyənin nəzərində etibarlı olan mənbədə mövcüd olarsa, onları qəbul etməyə qərar vermişlər. Bu rəvayətdə qeyd olunan duanı oxumaqda heç bir problem yoxdur. Allah müvəffəq edəndir.
Sual: Hacətim üçün 12 il dua və nəzirlər etdim və hər bir vəsilə üçün çalışdım və uğurlu olmadım və hacətim yerinə yetirilmədi? Bundan artığ nə etməliyəm?
Cavab: Allahın adı ilə, Ey övladım sən Allahın rəhmətindən məyus olma, və sənə yenidən axtarış və seçim Allahın qulları və ya Allah ilə olan rəftar baxışını nəzərdən keçirtmək lazımdır sənin mürtəkib olduğun pis işə görə və hal hazırda davam etdiyin üçün Allah duanı qəbul etməyi gecikdirir və ola bilər qəbulu gecikdirmək qulun məsləhəti üçündür və ola bilər bir cəza olsun, Allahu təaladan sənin dua və hacətini qəbul etməsi üçün diləyirəm. Allah hidayət edən və biləndir.
Sual: Maşın sürərkən You Tube dən Quran və dualara qulaq asmağın hökmü nədir?
Cavab: Allahın adı ilə, Əgər onu Allahu təalaya görə edibsə gözəl bir işdir və ona görə savab əldə edər. Allah alimdir.
Sual: Dua, zikr və ya ziyarətlərə əməl edən zaman onların sənədlərini və ya səhih və zəifliyini tələb etmək və axtarış aparmaq vacibdir?
Cavab: Allahın adı ilə, Əgər onları alimlərin nəzərində mötəbər olan kitablarından oxuyubsa sənədlərini axtarış etmədən kifayətlənmək caizdir, və əgər xeyirxah alimlərimizin yanındakı mötəbər kitablarından olmasa və ziyarət və duanın kəlmələri elmi qaydaları ilə ziddiyyət təşkil etməsə onlarla kifayətlənmək caizdir lakin onları Məsumlara (ə) nisbət verməsin. Allah daha yaxşı biləndir.
Sual: Hədis və dua kitablarında olan əməllər və onların sənədlərinin səhihliyi bilinməyəndə, Rəca mətlubiyyə niyyəti ilə onlara əməl etmək caizdir?
Cavab: Allahın adı ilə, Bil ey övladım Şiə Alimlərinin sirəsi ümumi dua və adablar haqda olan şiələr yanında mötəbər məsdərdə qeyd olunan hədislər qəbul olunur. Allah alimdir.
Sual: Nüdbə duasının sənədinə sizin mülahizələriniz nədir?
Cavab: Allahın adı ilə, Bu duanı rəca mətlubiyyə və dua qəsdi ilə oxumağın eybi yoxdur, və onu Məsumların (ə) birinə nisbət vermədən çünki onun sənədində elmi münaqişə vardır və o, On ikinci (ə f) imama nisbət verilib. Və bunu bilmək lazımdırki, bizim xeyir xah alimlərimizin həyat tərzi budurki, bizim mötəbər kitablarımızda olan dualara mültəzim olmaq icazəlidir və bu duada həmən İlahi nemətlərdən biridirki bu mötəbər kitablarda vardır. Allah hidayət edən və tofiq verəndir.
Sual: İstərdim Səbasib duasının sənədi haqda soruşam? Mən özümü qara sehrin təsirində hiss edirəm onlardan biri mənə gündəlik Səbasib duasını oxumağı nəsihət etdi. İstərdim mənə bu duanın siqəliyi haqda xəbər verəsiz, necəki istərdim mənə münasib gördüyünüz nəsihət edərdiniz?
Cavab: Allahın adı ilə, O mötəbər kitablarda vardır və təcrübə olunub onunla Allaha yaxınlaşmaq üçün kömək al və Allah səni hər bir şeydən qoruyacaq. Allah hidayət edən və biləndir.
Sual: İmam Hüseyn (ə) üçün ərəfə duası ərafatda olan şəxsə məxsusdur yoxsa orada olmayanlar məsələn öz ölkələrində olanlarda oxuya bilər? Əgər ərafatda olanlara məxsus deyilsə onda duada gəlmiş bu cümləni necə təfsir edək: (ayinləri yerinə yetirməyimizə kömək et və həccimizi kamil qərar ver) ölkəsində olan şəxsə bu cümlə uyğun gəlmir çünki onun üçün ayinlər yoxdur ki, onuda yerinə yetirsin və həccdə də deyil ki, onu tamamlamaq və kamilləşdirmək üçün Allahdan diləsin?
Cavab: Allahın adı ilə, Həmən şərafətli duanı oxumaq ərafatda olan şəxsə məxsus deyil əksinə o, bütün mükəlləflərə müstəhəbdir. Allah onları itaət etməkdə müvəffəqiyyət versin və amma İmam (ə)-ın bu cümləsi: Ayinləri yerinə yetirməyimizə kömək et və həccimizi kamil qərar ver. Bu gələcəkdə həccə getmək və onu yerinə yetirmək üçün tofiq tapmağa bir duadır. Allah hidayət edən və biləndir.
Sual: Xahiş edirəm pis gözdən qorunmaq üçün surə, ayə və yaxud dua deyərdiz?
Cavab: Allahın adı ilə, Töhfə ər-Rəzəviyyə kitabına müraciət edə bilərsiniz orada mücərribatı imamiyyədə axtardığınızı inşaallah taparsız. Allah hidayət edəndir.
Əvvəl
1
2
Sonra