Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Nə üçün İmam Hüseyn (ə) az bir dəstə ilə döyüşdü? Və nə üçün təqiyyəyə əməl etmədi?
Cavab: Allahın adı ilə, Bil ey övladım sənin sözündən məlum olan budur ki, həqiqətən sən İmam Hüseyn (ə)-ın imamətliyinə inanırsan, və şiə əqidəsinə əsasən İmam Peyğəmbər (s) kimidir Allahu təalanın əmri olmadan önə keçməz, axra qalmaz, sağa və ya sola meyl etməz. Nəticə olaraq İmam (ə)-a etiraz etmək Allahu təalaya etiraz etməkdir bu İmam (ə)-ın mövqeyini həqiqətlə təhlil etməkdir. Və amma maddi ölçülərə əsasən İmam (ə) Mədinədən çıxmağa məcbur olundu və Məkkəyə getdi və həmçinin Məkkədən də çıxmağa məcbur olundu bəzi şairlərin dediyi kimi Onun (ə) halı (Onun minmiş bədəninin hara getdiyini bilmirdi Elə bil ki, sığınacaq Ona haram idi) sonra Küfə əhalisinin və əşirə böyüklərinin məktubları İmam (ə)-a kömək və vədə verməkdə təvatür və təzafür həddinə çatdı, və zahiri ölçülərə əsasən onlar İmam (ə)-a hüccət qərar verdilər və bu Onun (ə) bəzi şərafətli kəlamlarındanda zahir olur, və o zamanki İmam (ə) mühasirəyə düşdü və Ona (ə) köməklik və vədə verən şəxslərin vəfa etməməsini bildikdə qayıtmağa mane olundu mühasirə olunub şəhid oldu. Allah hidayət edən və biləndir.
Sual: Əgər Ali Muhəmmədin düşmənlərindən xüsusilə üç kimsədən açıq aşkar bəraət etməklə qorxu və zərər səbəbindən təqiyyədə olan şiələrin həyatına, onlara basqınlar və ya onları bəzi şəairlərə məhrum etmək ilə onların arasında sıxıntıya səbəb olsa hansını əvvələ salmalıdır? İstər baş verən zərər mükəlləfin şəhərində olsun və yaxud başqa bir şəhərdə olsun xüsusilə həmən şəxsin media platforması olarsa necə etməlidir?
Cavab: Allahın adı ilə, Hər bir yerdə şiənin qanının tökülməsinə və ya əziyyət çəkməsinə səbəb olan bütün işlərdən çəkinmək vacibdir. Allah daha yaxşı biləndir.
Sual: Sizin xüsusilə gələcək iki mövzü barədə müstəbsir (başqa məzhəbdən şiəliyə keçənlər) olan qardaşlara nəsihətiniz nədir? Birinci: Əhli Beyt (ə)-ın prinsiplərini haqq inanclarını necə möhkəmlətsinlər, onları düzgün inanca yönəldən yollar və vasitələr hansılardır?. İkincisi: Onların mübarək dəyişikliyindən sonra yaşadığı cəmiyyətdəki övladları ilə necə rəftar etməlidirlər, onları izləyənlər var düşmənlər onların hər bir hərəkətlərini izləyirlər?
Cavab: 1- Allahın adı ilə, Birincisi Allahın təqvasına və böyük, kiçik və gizlində və aşkarda olan günahlardan çəkinməyə mültəzim olmalıdır ki, ona ilahi rəhmət şamil olsun və xətərli yolunu azmaqdan çəkindirsin. Ona hidayət və kömək olmaq üçün onun zehninə və ya başqa bir şəxslərdən gəlmiş şübhələri alimlərə təqdim etmək lazımdır. İkincisi Əhli beyt (ə)-ın həyatını və insanların hidayəti üçün gətirdiklərini axtarsın, imkanı qədər öz həyat tərzini Onların (ə) həyat tərzinin qəlibinə salsın. Onu bu mövzuda mütəxəssilər tərəfindən yazılmış kitabları mütaliə etməklə əldə etmək olur, kitabı seçmək üçün isə, alimlərdən məsləhət alsın. Allah müvəffəq edəndir. 2- Allahın adı ilə, Ona cəmiyyət ilə əxlaqla rəftar etmək lazımdır ki, onlara, hücum etməkdə bəhanə verməsin və bəşəri şeytandan ehtiyat etməli çünki bəşəri şeytan cinlərdən olan şeytanlardan daha çirkindir. Allah müvəffəq edəndir.
Əvvəl
1
Sonra