Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual:Telefondakı proqramlarla istixarə etmək səhihdirmi?
Cavab:Allahın adı ilə. Mötəbər kitablarımızda olmayan istixarə növləri ləğv edilmiş sayılır. Allah daha yaxşı biləndir.
Sual: Əgər bir insan hər hansı bir işdə istixarə etmək istəsə ona birinci həmən iş barəsində ixtisas və mərifət sahiblərindən soruşmaq, məsləhətləşmək və əgər bir nəticəyə çatmasa bu zaman istixarə edəcək yoxsa ona bu işdə mərifət və ixtisas sahiblərindən məsləhətləşmədəndə istixarə etmək caizdir?
Cavab: Allahın adı ilə, İmamlarımız (ə) bizə mümkün olduqda ixtisas sahibləri ilə məsləhətləşməyə əmr edib, əgər əqli, düşüncəsi və məsləhətləşməklə bir nəticəyə gələ bilməsə bu zaman istixarəyə müraciət edə bilər. Allah hidayət edəndir.
Sual: Öz şəxsi işimdən ötrü istixarə etdim. Qarşıma çıxan ayə bu işi görməməyimi göstərdi. Bu qadağanı aradan aparacaq nəyi etməliyəm?
Cavab: Allahın adı ilə. Bilki ey oğul, istixarə Allahdan məsləhət istəməkdir. Ağıllı insan Allahdan məsləhət aldıqdan sonra onun əksini edərmi? Nə istəyirsən et, etdiklərinin mükafat və cəzası sən istəmədən də sənə yetişəcək. Əgər həkimlə məsləhətləşdikdən sonra o, məsləhətin əksini etsən, şəfa tapmazsan. Allahla məsləhətləşdikdən sonra da həmin nəticəni düşün. Allah hidayət edən və biləndir.
Sual: Bir işlə bağlı istixarə elədim və istixarənin əksinə əməl elədim. Etdiyim əməlin kəffarəsi nədir?
Cavab: Allahın adı ilə, Sən səhv etmisən. Allahın məsləhətini istədikdən sonra, o, məsləhətin əksinə əməl etmisən. Amma gördüyün iş şəri cəhəttən icazəlidirsə, boynuna heç bir iş gəlməz. Allah hidayət edən və biləndir.
Sual: Bəzi qadınlar İmam Sadiq (ə)-a mənsub edilən istixarəni edirlər. Nərd zərindən istifadə etməklə istixarə edirlər və onu Quran ayəsi ilə nəticələndirirlər. Bu istixarə barədə rəyiniz nədir?
Cavab: Allahın adı ilə, Bu istixarə mötəbər sənədlə sabit olmamışdır. Allah hidayət edən və hər şeyi biləndir.
Əvvəl
1
Sonra