Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Mükaşifə, yuxu və bu elmlər ilə əlaqəli olan elmləri öyrənmək istəyirəm. Sizə mümkündür ki, bu iki elmi mənə öyrənməkdə kömək və ya öyrədə bilərsiz?
Cavab: Allahın adı ilə, Bil ey övladım mükaşifə və ya bunun kimi mənalar və yüksək mərtəbələr insan üçün həqiqi təqvanı ələ gətirmək və nəfs və əməlləri paklaşdırmaq hətta həyatda sənin bütün hərəkətlərin həqiqi ustadın izləməsi ilə olar. Çünki insanla Allahın arasında və insanla cəmiyyət arasında əlaqələr necə olmasını ustad bilir. Sənin təqvanla Həbib ibn Məzahir və Əbu Zərin təqvasının arasında nə qədər fərq olmasını bilirsən? Həmən miqdarda da sən Allahu təala üçün bəndə olmaqdan uzaqsan. Gərək biləsən ki, təqvanın yolunda ilk addım nəfsi hər bir kiçik və böyük işlərdə hesaba çəkməkdir, və nəfsi hesaba çəkmək üçün ən gözəl vaxt insanın yatmaq üçün öz yatağına müraciət etdiyi vaxtdır. Ona yatmamışdan sübh namazından öncə yuxudan oyandıqdan sonra indiyə qədər ondan baş verənlərə nəzər salsın, Əgər baş verənlər Allahın itaətidirsə onlara müvəffəq olub, onlar üçün tovfiq tapdığına görə Allaha şükür etməli və Ondan qəbul etməsini diləsin. Və əgər Allahu təala ilə onun arasında ondan baş verən kiçik və ya böyük günah baş veribsə yatmamışdan öncə Allahu təaladan onu bağışlamasını diləsin və ondan baş verən günaha görə sidq ürəkdən ağladıqdan sonra tövbə etsin, və əgər günah ondan bir möminə və ya başqa bir şəxsə qarşı pislikdirsə, qeybət, sözgəzdirmək, pis fikirləşmək, töhmət etmək və ya haqq və buna bənzərləri qəsb edibsə, ondan bağışlanmaq diləmədən yatmasın, istər pislik etdiyi şəxs evin içindədirsə fərqi yoxdur ondan böyük və ya kiçik və yaxud eyni yaşdadırsa bir başa ondan üzr istəyib bağışlamağı tələb etsin və həmçinin qonşularından birinin haqqına giribsə, və əgər həmən şəxs uzaq olsa insanların hal hazırda bir-birləri ilə rabitə cihazları ilə əlaqə yaratmaları asanlaşıb onunla əlaqə yaradıb ondan üzr istəsin. Bunu bilməyimiz zəruridir ki, bizim pislik etdiyimiz şəxs bağışlamasa sonra bizim əzaba müstəhəq olmağımıza səbəb olacaq. Allaha pənah aparırıq əzabından, və ola bilər həmin şəxs bizdən yaxşı əməlləri götürdükdən sonra və ya pis əməlləri bizə verdikdən sonra bağışlasın, sənə Əmirəl-möminin Əli (ə)-ın Nəhcul-Bəlağə kitabında müttəqilərin sifətlərini ifadə etdiyi xütbəni mütaliə etmək lazımdır. Orada insanın təqvanı kəsb etmək üçün kömək olan şeyləri və insan necə təqvalı ola bilər və həmən sifəti öz nəfsində necə vücuda gətirib genişləndirə bilər yollarını İmam Əli (ə) bəyan edib. Həftənin günlərinin dualarına mültəzim olmalısan xüsusi ilə bazar ertəsi gününün duasına, çünki o İmam Səccad (ə)-dan nəql olunub və Məfatihul-Cinan kitabında qeyd olunub. Bizim hamımızı Allah təqvaya müvəffəq etsin. Əgər bu mərhələni dəqiq şəkildə tətbiq edə bilsən bizə xəbər et hətta sənə başqa bir mərhələni təqdim edim. Hidayət edən Allahdır.
Sual: İnsanın yuxuda gördüyü kimi oyaq olarkən video formada xəyal etməyə qüdrəti var?
Cavab: Allahın adı ilə, Allahu Təala insana geniş fikirləşmə qüdrəti bəxş edib və bunu hər bir şəxsin özü dərk edir, ola bilsin ki, dünyada yayılmış xəyalı nağıllar sən qeyd etdiyin formadan olsun. Allah daha yaxşı biləndir.
Sual: Yuxuda İmam Əli (ə)-ı görmək üçün yollar var?
Cavab: Allahın adı ilə, Bəzi övliyalar yollar qeyd ediblər, lakin gərək bu işdə gözləyək səbr edək. Çünki yatmış adamın gördüyü həqiqətən Əmiral möminin (ə) olduğunu isbat edən yol yoxdur, və buna görədə dəfələrlə demişəm ki, yuxuda Əmiral möminini (ə) görməyin höcciyyəti yoxdur. Bil ey övladım əgər təqvan yoxdursa yuxuda Əmiral möminini (ə) görməyin sənə nə fayda verəcək, və əgər təqvalı olsan həqiqətən Onun nəvəsi (Məhdi ) (ə f) səni axtaracaq necə ki, İmam Hüseyn (ə) Həbib və Züheyr bin Qeyni axtardı, amma o şəxslər ki, bunlar (Həbib və Züheyr bin Qeyn) kimi deyildilər onlara İmam (ə) deyirdi durun mənim sizə ehtiyacım yoxdur, Təqvalı ol ki, Əhli beyt (əleyhimussalam)-ın razılığını və şərafətli qayğısına nail ola biləsən. Müvəffəq edən Allahdır.
Əvvəl
1
Sonra