Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: 1- Namaz halında qara paltar geyinməyin məkruhluğu vardır? 2- İmam Hüseyn (ə)-ın hüznü üçün qara geyinməklə kərahət aradan gedir?
Cavab: Allahın adı ilə, Qara paltarla namaz qılmaq məkruhdur, qara paltarı Məsumların (ə) hüznü üçün geyinməklə kərahət aradan gedir. Allah daha yaxşı biləndir.
Sual: Məhərrəm ayında qara geyinməyin hökmü nədir? Qara geyinmək müstəhəbdir? Qara geyinməyə ilk olaraq Əhli beyt (ə)-ın düşmənləri başlayıb? Hər hansı bir dəlil və ya hədis varki, Əhli beyt (ə) və ya onların səhabələri İmam Hüseyn (ə)-ın əzasında qara geyinmələrinə qəzavət etsin?
Cavab: Allahın adı ilə, İmam Hüseyn (ə) və qalan Əhli beyt (ə)-a hüznlənmək və hüznü izhar etmək bəyənilmiş işdir və şəriətdə tələb olunur. Qara geyinmək onun tanınmış yollarındandır hətta hüznü ayaqda saxlamağın bariz nümunəsidir. Hər kəs onu dediyimizə görə etsə, Allahu təaladan çoxlu əcr və savab əldə edəcək. Seyiduş Şühəda (ə)-ın hüznünü və qalan Məsumların (ə)-ın hüznünü onların əmrlərini yerinə yetirmək üçün xüsusi şəkildə ibraz etmək lazımdır. Hüznün bariz nümunəsi məhərrəm və səfər aylarında və Məsumların (ə)-ın vəfat günlərində qara geyinməklə həyata keçir. Allah hidayət edən və biləndir.
Əvvəl
1
Sonra