Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Hansı daha yaxşıdır, şəxs öz adına həcc etsin, yoxsa həcci islamı etmək imkanı olmayan möminə həcci bəxşiş etmək? Yaxud həcc ziyarətini yerinə yetirə bilməyən ölü və ya diri şəxs tərəfindən niyabətən özü həcci yerinə yetirə?
Cavab: Allahın adı ilə, Əgər bu şəxs əvvəlcə həccə gedibsə özü tərəfindən həccə getməsi vacib deyil, Ona, imkanı olmayan amma həccə getməyi arzulayan şəxsə pulu verib göndərməyi caizdir, Və ona özü tərəfindən yenidən həcci yerinə yetirmək caiz deyil. Və əgər əvvəllər həccə getməyibsə ona həcci tərk etmək caiz deyil. Allah hidayət edən və biləndir.
Sual: Minlərlə şəxs bu il İraq dövlətinin qanununa uyğun olaraq çəkilişdə iştirak etmədən və onların çoxu şəhid ailələrindən olmadığı hal da həcc ziyarətində iştirak edəcəklər. Onların edəcəyi həccin hökmü nədir? Bildirim ki, onların həccinin məsrəfi ümumi yığılan maldan götürülüb.
Cavab: Allahın adı ilə, Oğlum bilki, sən şəhid ailələri ilə bağlı bəzi məsələlərdən xəbərdar deyilsən. Burada şəhid ailələri nəzərdə tutulanda təkcə səngərdə iştirak edən mucahidlərə şamildir. Əksinə şəhid ailəsi ünvan olaraq ümumidir. Həmçinin Səddam dönəmində ölənlərədə bu unvan şamil olunur. Əgər fərz etsək ki, kimsə həccə məsul olan qurumları aldadıb və həcc üçün icazəsi əldə edib və öz pulu ilə gedib. O, şəxs sadəcə qaydanı pozmuşdur. Hər kim qanuni bir əsas olmadan ümumi pul hesabına həccə gedərsə, o, pulu qəsb etmiş hesab olunur, hətta həcci düz olsa belə həmin pulu öz əhlinə qaytarmalıdır. Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra