Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual:Əmlak sahibinin vəfat etdiyi andan tərəkəyə malik olunur, ya bölünmə anından?
Cavab:Allahın adı ilə. Vəfat etdiyi vaxtdan malik olunur. Allah daha yaxşı biləndir.
Sual: Bacım yaşlı qadındır, evlidir, övladı yoxdur və daşınmaz əmlakı, qızılı və digər pulları olduğu üçün Allahın bol ruzi və xeyir-dua verdiyi kəslərdəndir. İndi və bu yaşda vacib olan odur ki, bütün var-dövlətlərini və başqa şeylərini vəqf etmək istəyir. Bu qadın öz qardaş və bacılarına öz mülkündən miras buraxmaq istəmir. Öz bacı və qardaşlarını mirasından məhrum etməsi icazəlidir? Onlar şəri varis hesab olunur?
Cavab: Allahın adı ilə, Nə qədər ki, bu sadaladığınız mülklər onun mülkiyyətindədir, həyat da olduğu müddətdə bunlarda təsərrüf etməkdə azad, qeyd etdiyinizi etməyi isə icazəlidir. Əgər vəsiyyət edərsə, vəsiyyət burada malın 3/1-ə aid olacaq. Allah daha yaxşı biləndir.
Sual: Atam bir neçə ay öncə Allahın rəhmətinə qovuşub, onun üç övladı, xanımı və anası var onlardır şərən irsə hüquqi çatanlar. Problem burdadır ki, əmilərim atamın ölüm xəbərini nənəmdən gizlədirlər səbəbi isə onun sağlamlığından qorxurlar, və biz mərhumun övladları və xanımı olaraq qanuni irsimizdən istifadə edə bilmirik çünki nənəmiz oğlunun ölüm xəbərini bilmir nəticə olaraq nənəmiz onun hissəsinin olduğunu bilmir. Sual budur. Əmilərimə qardaşlarının ölüm xəbərini analarından gizlədə bilmələri caizdir? Xüsusilə də onlar bu vəziyyətdən istifadə edirlər, Allah uzaq etsin, analarının irsdən olan hissəsi öldükdən sonra onlara çatacaq?
Cavab: Allahın adı ilə, Mühüm budur ki, ananın irsdən olan hissəsi ona çatsın istər ölüm xəbərini bilsin və yaxud bilməsin. İrsdən olan onun hissəsinə mane olmaq caiz deyil o qəsb və zülm sayılacaq onları edənlərə quranda lənət gəlib. Allah daha yaxşı biləndir.
Sual: Bacım yaşlı qadındır, evlidir və övladı yoxdur və daşınmaz əmlakı, qızılı və digər pulları olduğu üçün Allahın bol ruzi və bol xeyir verdiyi kəslərdəndir. İndi o ömrünün bu vaxtında istəyir ki, bütün əmlakını vəqf etsin. O, deyir ki, istəmirəm qardaşlarım və bacılarım mal və mülklərimdən irs aparsınlar. Onları mirasdan məhrum etməsi icazəlidir? Onlar onun şəri vərəsələri hesab olunurlar?
Cavab: Allahın adı ilə, Nə qədər ki həyatdadır istədiyi kimi öz malında təsərrüf edə bilər. Şəriət zikr etdiyin şeyi etməyi ona icazə verir. Amma əgər vəsiyyət edərsə, vəsiyyət mirasın 3/1-də keçərlidir. Allah daha yaxşı biləndir.
Sual: Müsəlmana ölmündən öncə mülk və malını öz qənaəti ilə qohumları arasında irsin hökmlərinə əməl etmədən bölməsi caizdir?
Cavab: Allahın adı ilə, O caizdir, lakin Müqəddəs Şari (Allahu təala) şəriət də vərəsələrin bəzilərini bəzilərindən üstün tutmağı məkruh hesab edir. Allah hidayət edən və biləndir.
Sual: Valideynlərimdən evdən olan hissəmi vermələrini tələb etdim, lakin onlar hissəmi vermədilər və evin hamısın qardaşımın adına qeyd etdilər. Onlardan hissəmi tələb etmək mənim səhvim sayılır? Onların məni evdən olan hissəmdən məhrum etmələri caizdir?
Cavab: Allahın adı ilə, Amma Sənin tələb etməyin valideynlərinə qarşı həddini aşmaq idi çünki ev atanın və ya ata və ananın mülküdür və sənin onda hissən yoxdur necə deyirsən mənim hissəm və mülk sahibi diridir. Amma valideynlərin səni məhrum etmələri vəsiyyət ünvanı ilədirsə, vəsiyyəti malın üçdə bir hissəsində keçərlidir qalan hissəsi isə vərəsələr arasında bölünəcək sənin hissəndə onlar öldükdən sonra veriləcək. Amma onların etdikləri evi qardaşına vermələri hədiyyə ünvanı ilədirsə mal sahibi öz malında istədiyini edə bilər. Lakin Allah vərəsələrin bəzilərini bəzilərindən üstün tutmağı xüsusilə də övladların arasında qadağan edib. Baxmayaraq ki, üstünlük keçərlidir. Allah daha yaxşı biləndir.
Sual: Atanın üzünə ağ valideyn olan və onu vuran övladını mirasından məhrum etməsi icazəlidir? Həyatı boyunca əldə etdiklərini digər övladlarına verilməsinə və ya ağ valideyn övladına mirasdan bir şeyin verilməməsini vəsiyyət edə bilərmi?
Cavab: Allahın adı ilə, Ağ valideyn ilahi əzabı haqq edir. Lakin peyğəmbər (s)-dən varid olan hədislərdən başa düşülən odur ki, peyğəmbər (s) övladların mirasdan məhrum olmasına razı olmayıb. Əgər ata övladlarından bəzilərini mirasdan məhrum etməyi vəsiyyət etsə, mirasın üçdə biri itaətsiz övladdan başqalarına, mirasın qalan üçdə ikisi isə şəriətə uyğun olaraq digər irs təbəqəsinə aid olan varislər arasında bölünməlidir. Əgər ata itaətsiz oğlundan başqa birinə ölümündən öncə hər bir şeyini hədiyyə edibsə o, zaman itaətsiz övladın heç bir şeyi əldə etməyə haqqı yoxdur. Allah hər bir şeyi biləndir.
Sual: Vəfat etmiş şəxsin vərəsələri ana və 3 övladdır. Yaşadıqları evdən başqa bir mülkləri yoxdur. Başqa bir mülkləri də yoxdur. Həmin evdə yaşadıqlarından vəfat edən şəxsin vəsiyyətinə əsasən 3/1-ni vermək üçün o, evi sata bilmirlər. Onlar nə etməlidirlər ki, vəfat edən şəxsin vəsiyyətinə əsasən mülkünün 3/1-ni çıxara bilsinlər. Onlara və vəsiyyət olunan şəxs bu çətinliyə görə vəsiyyətə əməl etməməsinə görə üzərilərinə nə düşür?
Cavab: Allahın adı ilə, Bilməlisiz ki, vəsiyyəti gecikdirmək Quranın hökmünə əsasən böyük günahlardandır. Əgər vəsiyyətə əməl etməsələr günah iş görmüş sayılarlar. Əgər vəsi məsləhət bilsə, vəsiyyət olunan malı vərəsələr arasında hissə hissə bölüşdürməsi caizdir. Vəsiyə isə vacibdir ki, vəsiyyətə əməl etsin. Mümkündür ki, vərəsələr borc edib 3/1-ni vəsiyyət olunan şəxsə versinlər. Sonra hissə hissə o, borcu ödəsinlər. Amma vəsiyyəti gecikdirmək caiz deyil. Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra