Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Pişik saxladığımız (əhilləşdirdiyimiz) evdə namaz qılmaq caizdir? Əgər namaz qılan şəxsin paltarında pişiyin bir tükünü tapsam, eşitdiyim kimi səhihdir ki, o namazı batil edir?
Cavab: Allahın adı ilə, Caizdir, lakin bunu bilmək lazımdır ki, onun nəcisi, mundardır necə ki, onun artığını yemək əgər tükü həmən şeydə olmasa məkruhdur, və əgər namaz qılan şəxsin paltarında onun tükü tapılsa namaz işkallıdır. Allah alimdir.
Sual: Meymunları əhilləşdirməkdə məkruhluq vardır? Suala səbəb isə o, Yezid bin Müaviyənin eyibli sifətlərindən idi və onun bütün eyibli sifətləri meymunlarla oynamaq idi. Necə ki, o tarixdə qeyd olunub?
Cavab: Allahın adı ilə, Onun məkruh olması sabit olmayıb, Bəli əgər bir şəxs Yezidə bu sifətdə oxşamaq istəsə onun bu əməli bir cinayətdir. Allah daha yaxşı biləndir.
Sual: Hansı hallara görə iti evin içində himayə, qorumaq məqsədi ilə bəsləmək caizdir?
Cavab: Allahın adı ilə, Ona məcbur olsa caizdir, Və bunu bil ki it eynul nəcisdir, sənin ona və ya sənin rütubətli dəymiş şeylərə toxunmamaq lazımdır, əgər elə bir şey olsa sənə bədənin və ya paltarın dəymiş yerini paklamaq lazımdır çünki dəydiyi zaman nəcis olur. Allah alimdir.
Sual: Mən Lahur şəhərində yaşayıram. Burada oğurluq halı çoxdur. Hökümət özünü müdafiə üçün silahdan istifadəyə icazə vermədiyinə görə evi qorumaq üçün it saxlamağım caizdir?
Cavab: Allahın adı ilə, Əgər bu səbəbə görə çətinlik yaşayırsansa icazəlidir. Bil ki, it nəcisdir. Gərəkdir ki, itə toxunmayasan. Onun da sənə rutubətli şəkildə toxunmamasına riayət edəsən. Əgər bu baş versə, itin rutubətlə bədəninə və paltarına toxunduğu yerləri paklamalısan. Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra