Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual:Ədədiyyə və ya ədədiyyə vəqtiyyə olan qadın adət günlərində qan görsə, sonra qanı bir gün dayanıb və yenidən gəlməyə başlasa və on gün və ya ondan əvvəl qan kəsilsə, adət müddətindən sonra xaric olan qanın hökmü nədir?
Cavab:Allahın adı ilə. Əgər iki qanın cəmi on gündən çox olmazsa, hamısı heyzdir. Əgər cəmi on gündən artıq olarsa, birinci qan üç gündən az olmasa həmin qan heyz qanıdır. Allah daha yaxşı biləndir.
Sual: Əgər xanım öz adətində iki ay ardıcıl müxalifətçilik edə, məsələn 7 gün eyni ədədlə, Birinci adətinə qayıdacaq yoxsa onun adəti ikinci olacaq, və yaxud müztəribənin hökmünə əməl edəcək?
Cavab: Allahın adı ilə, Əgər qadın iki ay ardıcıl ədəd və vaxt və ya fəqət ədəd baxımından qan görsə qadın yeni adət sahibi olacaq. Allah daha yaxşı biləndir.
Sual: Əgər qadın müyyən adət sahibi ola, və ayda adətinə zidd olan heyz qanı görə, bir ayda fərqli qan görmək əvvəl ki, adətini aradan aparır yoxsa bir neçə dəfə fərqlilik olmalıdır ki, adəti aradan getsin?
Cavab: Allahın adı ilə, Gərək müxalifətçilik bir neçə dəfə təkrarlansın ki, hətta müztəribə və ya əvvəl ki adətindən başqa bir yeni adəti olsun. Allah daha yaxşı biləndir.
Sual: Sizə bu gün namaz və heyz (aybaşı) qanının kəsilməsi barəsində sual yazıram. Heyz (aybaşı) qanının kəsilməsindən əziyyət çəkirəm, nəticə olaraq heyz vaxtlarım qısalır. Mənim hər (3) aydan və buna bənzər heyz olur. Qan gördüyüm vaxtlarda qatı olmur. O, çox açıq gün rəngində qan damcıları olur. Beləliklə, hər 3 ayda bir neçə gün ərzində hər gün bir damla və bunun kimi qan olur. Hər bir balaca damcıya görə mənim hər gün qüsl etməyə ehtiyacım var. Pak olmağım üçün 7 gün gözləməyim vacibdir çünki bu günlər ərzində aybaşı olmağımdan əmin deyiləm? Bu səbəbə görə pak olmağım üçün çimməyim vacibdir yoxsa fəqət dəstamaz almağa ehtiyac vardır. Çünki heyz qanı deyilsə, qüsl edib-etməməli olduğumdan əmin deyiləm. Çünki təbii qatı bir axın deyil və ya bu azalma səbəbiylə hər gün qüsl almaq yerinə dəstəmaz kafi ola bilir?
Cavab: Allahın adı ilə, Ey qızım bil heyz (aybaşı) qanın adəti damcı-damcı gəlir yalnız bəzi xanımlarda davamlı şəkildə axır amma bu xanımlarda nadir hallardadır əgər qan 24 saat ərzində bir neçə damcı gələrsə və bu halət ən azı üç gün davam edərsə bu heyz qanı sayılar, və əgər on gündən çox olmasa hamısı heyz qanı sayılacaq, əgər on gündən sonra və ya əvvəl kəsilsə sənə heyz qüslün vermək vacibdir, Gərək birinci aybaşı ilə sonrakı aybaşı arasında on gün və ya çox paklıq fasiləsi olsun, Ey qızım heyzin qısa mənası budur və sənin sözündən bu məlum olurki sən bir neçə gün qan görürsən və sonra neçə ay qan görmürsən və əgər sənin gördüyün qan bizim qeyd etdiyimiz kimi davamlıdırsa o heyz qanıdır və əgər o üç gün davam etmirsə istihazə qanıdır. Sənə Tovzihul-Məsail kitabını mütaliə etmək lazımdır onu rəsmi internet saytımızda tapa bilərsiniz. Allah hidayət edən və biləndir.
Sual: Qadına aybaşı (heyz) günlərində Qurandan səcdəsi vacib olmayan surələri oxuması mümkündür? Quran oxuyarkən onun hərif olmayan vərəqələrinə toxunmaq (məss etmək) olar? İstəyirəm Ramazan ayı ərzində hətta heyz günlərimdə Quran oxuyam. Mən yalnız səcdəsi vacib olan surələri ayırıb digər surələri oxuya bilərəm?
Cavab: Allahın adı ilə, Səcdəsi vacib olmayan surələri həriflərinə və Quranın nöqtə və xəttinə toxunmadan oxumaq səhihdir. Quranı daşımaq, hərif və xətti olmayan hissələrinə toxunmağın (məss etməyin) eybi yoxdur. Allah daha yaxşı biləndir.
Sual: Hər ayın əvvəli yeddi gün xanımımın heyz günləri olur, O, səkkizinci gün namaza başlaya bilər yoxsa gərək onuncu günüdə gözləməlidir, bunuda qeyd edimki yeddi gündən sonra heç bir qətrə qan ondan gəlmir?
Cavab: Allahın adı ilə, Fərz olunan sualda ona yeddinci gün qurtardıqdan sonra qüsl edib təharət şərt olunan vəzifələrə başlaması vacibdir. Allah daha yaxşı biləndir.
Sual: Xanımımın Heyz müddəti ayın biri və ya ikisi başlayır və dörd gün davamlı olaraq qan gəlir və beşinci gün qan kəsilir və altıncı gün isə qan damcıları gəlir. Qan kəsilən günü cima etməyimizin hökmü nədir? Həmənki gün namaz qılması caizdir?
Cavab: Allahın adı ilə, Fərz olunan sualda cima etmək caiz deyil çünki heyzin son həddi on gündür, on gün ərzində qadın nə qan görürsə heyz hesab olunacaq. Bütün xanımlar və möminə qızlarım bilir ki, heyz qanı krantdan davamlı axan su kimi deyil. Adətən qan qətrələri zaman baxımı ilə fasiləli gəlir, əgər xanım qanın kəsilməsinə arxayın oldusa , o zaman namaz qılması lazımdır, Lakin on gün bitməmiş yenidən qan gəlsə özünü haiz (heyz görən) hesab edəcək (çünki on gün bitməyib). Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra