Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Əgər bir şəxs istimna edə və lakin bu pis işdən uzaq olmağı bacarmaya, öz həyatında bu pis şeydən uzaq olmaq üçün nə etməlidir?
Cavab: Allahın adı ilə, Bil ey övladım həqiqətən istimna pis bir çirkin adətdir onu nəfs əmmarəyə adət edən nəfsin oyuncağına çevrilən şəxsdən başqa heç kim etməz, bu işi görən çox vaxtlarda bu çirkin işi gördükdən sonra psixologiya həkimlərin verdiyi məlumata görə özünü xar hiss edir, necə ki o işdə şeytana itaət etmək vardır, və o işi görən şəxs təzirə layiqdir. Çünki bu iş böyük günahlardandır və Əmirəl-möminin (ə)-dan nəql olunub ki, bu işi görəni qamçılayıb, və səndə ey övladım Allah qarşısında durmağını və Ona qarşı üsyan edənlər üçün dünya və axirətdə hazırladığı cəzanı xatırla, sənin bu çirkin işdən qurturmaq üçün iki iş əsasında mümkündür: Birincisi: Sənin nalayiq filmlərə baxmaqdan çəkinmək üçün əzm və iradən olmalıdır və bunu səndən başqası heç kim etməz və bu əsasdır. İkincisi: Əgər evli deyilsənsə evlən və xanımın sənin bütün şəhvani hisslərini ödəməyə çalışmalıdır. Bundan əlavə olaraq Allahın təqvasına, çoxlu oruc tutmağa və şəhvətə səbəb olan şeylərdən uzaq olmağa çalışmalı və tək bir yerdə yatmağdan və qalmaqdan uzaq olmaq və müstəhəb əməllərə və mübah idman kimi mübah işlərə məşğul olmaq lazımdır. Allah daha yaxşı biləndir.
Sual: Mövcud şərait də, xüsusən də məcburi vəsvəsələrin mövcudluğu, ədəb və təvazökarlığın olmaması ilə, xüsusilə subay gənc mömin, onda cinsi istək yüksəldiyi üçün böyük təzyiqə məruz qalır, bəzi vaxtlarda bu halda səbirsizlikdən və iradəsiz və çoxları üçün evlənmək çətinliyindən üzvlərdə sıxlılıq və ya ağrılara səbəb olur və bəzən sağlamlığa zərər verir və xüsusilə prostat vəzisinə və bundan əlavə olaraq psixoloji təsiridə olur buna səbəb olan şeylərdən uzaqlaşmağa çalışmasına baxmayaraq bacarmır hökümət idarələri, bazarla, universitetlər və başqalarında həya və abrsızlıq çoxalır və bu günlər və ya aylar deyil bəzən cavanın evlənməsi üçün uzun illər çəkir və xüsusilə də bəzi cavanlar az hallarda cənabət olurlar və ona şəri yolla cənabət hasil olmur və mən bəzi atalardan eşitmişəmki oğlanları ağrının şiddətindən və ya istimnanın haramlığından qorxub ağlayırlar. Sualım: Ağrıları aradan qaldırmaq üçün spermanı xaric etməklə tıxanıqlığı aradan qaldırmağın bir yolu varmı? Bu halda onun istimna etməsi caizdirmi? Eşitmişik ki, bəzi fəqihlər yığılan spermanın boşaldılması və ağrıları aradan qaldırmaq üçün çıxış prostat vəzinə təzyiq və sidik kanalına təzyiq etməyə icazə verirlər. Zəhmət olmasa cavabda izah edin?
Cavab: Allahın adı ilə, Belə bir gənc mömin üçün ən yaxşı və üstünlük verilən yol, təcrübəli həkimin məsləhəti ilə dərmanlardan istifadə etmək və sonrakı mərhələdə müvəqqəti evlənməsidirki, bu da onun düşdüyü vəziyyətdən qurtulmasına kömək edir, İstimna etmək caiz deyil və bunu edən cəzaya layiqdir və Əmirəl-möminin (ə) bunu edəni cəzalandırmışdır. Allah hidayət edən və biləndir.
Əvvəl
1
Sonra