Sual: Bir xanımla evləndim ondan mənim (6) yaşlı bir uşağım var, icazəm olmadan xanımımın təlaqını məhkəmə qazisinin vasitəsi ilə oxunub mənim güc və qüvvətim yoxdur və mən ona şəri təlaq verməmişəm, Sual: Məhkəmə qazisinin təlaqı səhihdir? Və bir müddət sonra arvadım başqa bir şəxslə evləndi onun evliliyi səhihdir və o şərən mənim öhdəmdə qalıb, və onun hal hazırda başqa kişidən bir uşağı var, sizin bu məsələdə hökümünüz nədir?
Cavab: Allahın adı ilə, Fərz olunan sualda təlaq batildir və Xanım hal hazırda sənin şərən arvadın olaraq qalır. Allah alimdir.