Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Bir şəxs dünyasını dəyişib və onun nə həyat yoldaşı, nə də oğul və qızları vardır. Heç qardaşları da yoxdur. Sadəcə bacısının oğul və qızları vardır. Bacısı isə bundan öncə dünyasını dəyişmişdir. Sualım bundan ibarətdir ki, bu şəxsin tərk etdiyi mülk bunların arasında necə bölünəcəkdir?
Cavab: Allahın adı ilə, Oğula iki qızın payı qədər (pay) düşür. Allah daha yaxşı biləndir.
Sual: Vəfat edən şəxsdən qalan əşyalar məsələn: paltar, saat, üzük, qələm, kitab, mebel, məişət əşyaları və s-nin hökmü nədir. Bunlar vərəsələr arasında necə bölünəcək?
Cavab: Allahın adı ilə, Bunların da hökmü digər qalmış mal və mülkün bölgüsü kimidir. Vərəsələrin arasında bölünəcəkdir. Burada həbvə (vəfat edən şəxsin üzüyü, təsbehi və digər əşyaları) istisnadır. O böyük oğula məxsusdur. Allah hidayət edən və hər bir şeyi biləndir.
Sual: Vəfat etmiş şəxsin nə zövcəsi, nə oğlu və qızı vardır. Bir sözlə desək, tək başına yaşamışdır. Yalnız onun bacısı oğlanları və qızları vardır. Onun iki bacısı isə ondan öncə vəfat ediblər. Vəfat edən şəxsin mirası bacısı övladları arasında necə bölünəcək? Miras isə mənzil və tarla və puldan ibarətdir. Bunu da qeyd edim ki, onun bacıları və özü bir ata və anadan dünyaya gəliblər?
Cavab: Allahın adı ilə, Miras hər oğlan qızdan iki dəfə çox aparacaq şəkildə bölünəcəkdir. Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra