Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Bir kişi öldü. Onun arvadı və uşaqları var. Onun qoyub getdiyi şeylər arasında kirayə evlər var. Və o evlər satılmayıb. Qeyd edək ki, arvad bina dəyərindən öz payını almayıb. Artıq kirayə vaxtı gəlib və onu mərhumun böyük oğlu alıb. Bu kirayələrdən arvad irs aparır ya yox?
Cavab: Allahın adı ilə, Bilinməlidir ki, arvad torpaqdan deyil, binalardan, ağaclardan və daşınan əşyalardan irs aparır. Əgər ev kirayədədirsə, kirayə haqqı bütün vərəsələrin, o cümlədən arvadın razılığı ilə olmalıdır. Kirayədən gələn pul bölünür. Torpaq kirayəsi bina kirayəsindən ayrılır və arvad torpaq kirayəsindən yox bina kirayəsindən irs aparır. Allah daha yaxşı biləndir.
Sual: 1: Bir şəxs vəfat edib vərəsələrinə ev qoyub. Bir müddət sonra onun oğul varislərindən biri vəfat edib və onun da arvadı var. Arvad ərinin irs qoyduğu evindən (torpaq və tikili və ya yalnız tikili olaraq) bütün hissəsindən pay alırmı? 2: Dövlətə məxsus torpaq sahəsi var. Dövlət onun gəlirini bir şəxsə həvalə edib və onun da bu gəliri başqa şəxsə satmaq hüququ var. Əgər gəlir sahibi ölsə və onun da arvadı varsa, arvad bu torpağın gəlirindən irs aparırmı? 3: İkinci məsələdə fərz olunan, dövlətə məxsus torpağın gəlir sahibinin ölümündən sonra hökumət onun gəlirini mülki qanuna uyğun olaraq ölənin vərəsələri arasında bərabər bölür. Bəs şəriət hökmü nədir, bu bölgü keçərlidir, yoxsa bölgü mirasın paylarına və hissələrinə görə aparılır?
Cavab: 1: Allahın adı ilə, Arvad yalnız binadan və ərindən qalan daşınan əmlakdan vərəsəlik hüququna malikdir. Allah daha yaxşı biləndir. 2: Allahın adı ilə, Sualda qeyd olunana görə qadın irs aparmır. Allah daha yaxşı biləndir. 3: Allahın adı ilə, Şəriətə riayət etmək gərəklidir. Allah alim və hidayət edəndir.
Sual: Duxul edilmiş xanıma Xüli təlaq verilsə və bundan (təlaqından) bir neçə gün sonra onun xüli təlaqı verən əri ölə qadın ondan irs aparacaq yoxsa irs aparmayacaq?
Cavab: Allahın adı ilə, Ondan irs aparmayacaq. Allah alimdir.
Əvvəl
1
Sonra